Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Bakı Yerevanın "demokratiya" imitasiyasını ifşa etdi

1546
(Yenilənib 15:44 14.05.2019)
Abdullayeva: "Ermənistan rəsmisinin “demokratik sistem və qaydalardan” bəhs etməsi gülünc olduğu qədər saxtadır"

BAKI, 14 may - Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın son bəyanatını şərh edib. 

Sputnik Azərbaycan bu barədə XİN-in saytına istinadən xəbər verir. 

"Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibəsindən aydın olur ki, onun başlıca hədəfi erməni ictimaiyyətidir. Müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri görünür ki, Ermənistanın təcüvüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir" - şərhdə deyilir.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb
© AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Abdullayevanın sözlərinə əsasən, Azərbaycanın ərazilərinin işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizləməsini həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT TŞ-nin qətnamələrini rədd edən Ermənistan rəsmisinin “demokratik sistem və qaydalardan” bəhs etməsi gülünc olduğu qədər saxtadır.

"Z.Mnatsakanyanın münaqişənin həlli ilə bağlı söylədikləri, Ermənistanın onilllərdir davam edən təcavüz və işğal siyasətinə son qoymaq, beynəlxalq hüququn prinsiplərinə, ilk növbədə isə dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət nümayiş etdirərək normal qonşuluq münasibətləri qurmaq niyyətindən uzaq olduğunu göstərir" - Abdullayeva deyib.

XİN sözçüsünün fikrincə, əgər Ermənistan xarici işlər naziri həqiqi demokratiya quruculuğu, xalqının rifahı və bölgənin təhlükəsizliyi və tərəqqisində maraqlıdırsa, o zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmalı və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə qayıtmasına əngəl törədilməməlidir: "Yalnız bundan sonra ümumbəşəri dəyərlərdən, demokratiyadan və insan həyatına verilən önəmdən danışmaq olar".

1546
Əlaqədar
XİN-dən cavab: Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir
Rəsmi Minsk Qarabağ məsələsində Azərbaycanı dəstəklədi
XİN Avropa Liqasının finalı ərəfəsində yayılmış tövsiyələrə etirazını bildirib
Amanda Pol: “Qarabağ danışıqlarının gedişi Paşinyanın niyyətindən asılıdır”