Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi

“Keşikçidağ” məsələsində ilk addım Məmmədyarov Zalkaliani ilə görüşdü

128
(Yenilənib 17:40 13.05.2019)
Zalkaliani bildirib ki, azərbaycanlı həmkarı ilə məsələylə bağlı daimi ünsiyyətdədir

BAKI, 13 may — Sputnik. Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Brüsseldə Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”nın 10-cu ildönümü münasibəti ilə keçirilən görüş çərçivəsində Keşikçi Dağı məsələsi ilə bağlı müzakirə aparıblar. 

Sputnik Azərbaycan-ın ONA-ya istinadla verdiyi məlumata görə, bu barədə gürcüstanlı nazir David Zalkaliani görüş sonrası jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, azərbaycanlı həmkarı ilə məsələ ilə bağlı daimi ünsiyyətdədir.

"Yalnız bu gün deyil, “David Qareci” (Keşikçi Dağı – red.) ilə bağlı bu cür vəziyyət yaranandan bəri hər gün azərbaycanlı həmkarımla ünsiyyətdə olmuşuq. Bu barədə danışmışıq və razılaşmışıq ki, yenilənmiş komissiyanın həmsədrlərinin görüşü bu həftə olsun”.

David Zalkaliani cəmiyyəti və siyasətçiləri emosional bəyanatlar verməməyə çağırıb.

128
Əlaqədar
Keşikçidağ ətrafında sərhədçilərin sayı artıbmı - DSX aydınlıq gətirdi
Gürcüstan Patriarxlığından Keşikçidağ olayına ilginc reaksiya: Gərginlik olmasın, amma...
Gürcüstan Baş Nazirindən "Keşikçidağ" açıqlaması: “Azərbaycanla çox çətin olacaq”
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir