Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Mehriban Əliyeva: “Azərbaycan heç bir zaman işğalla razılaşmayacaq”

251
(Yenilənib 22:24 02.04.2019)
Birinci vitse-prezidenti Aprel zəfərindən yazdı

BAKI, 2 aprel — Sputnik. "Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə paylaşılan postda qeyd olunub.

"Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq" - deyə postda vurğulanıb.

Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından üç il ötür.

251