Yerevan

Bakı Yerevana xəbərdarlıq etdi

635
(Yenilənib 20:14 30.03.2019)
Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır

BAKI, 30 mart - Sputnik. Ermənistan müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin şərhində qeyd olunub. Bildirilib ki, Ermənistan müdafiə naziri D.Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır.

"Ermənistan Baş nazirinin Vyanada Azərbaycan dövlət başçısı ilə görüşü nəticəsində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesində konkret və nəticəyə yönəlik addımların atılması və sülh mühitinin yaradılması ilə bağlı qəbul edilən birgə bəyanatdan dərhal sonra erməni müdafiə nazirinin belə bir çıxışı təhrikçi xarakter daşıyır və münaqişənin sülh yolu ilə həllinə və bu xüsusda Minsk Qrupunun həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxır.

Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır".

Qeyd olunub ki, Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil: "Azərbaycanın tələbi BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan səylərimiz məhz bu məqsədə yönəlib. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsini rəhbər tutaraq öz torpaqlarını bütün digər vasitələrlə erməni işğalından azad etməyə hazırdır və bundan ən yaxşı xəbərdar olan elə məhz Ermənistandır.

Yekunda müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu Nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?"

635

İlham Əliyev Ərdoğana təşəkkür etdi

5
(Yenilənib 16:03 06.07.2020)
"Bir millət, iki dövlət" şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq" - R.T.Ərdoğan

BAKI, 6 iyul — Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım. Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbindən Azərbaycanda vəfat edən qardaşlarımıza Uca Allahdan rəhmət, müalicəsi davam edənlərin isə tezliklə şəfa tapmalarını diləyirəm. Həyatını itirənlərə görə qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Azərbaycanda pandemiyaya qarşı gördüyünüz təsirli tədbirləri və fəaliyyəti yaxından izləyirik. Bu sahədə mübarizə aparan hər kəsə işlərində uğurlar arzulayıram.

"Bir millət, iki dövlət" şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq. Bu çərçivədə Can Azərbaycanın pandemiya ilə mübarizəsinə bir az da olsa fayda verə biləcək tibbi yardım ləvazimatlarının ölkənizə çatdırılmasını təmin edirik.

Bu fürsətdən istifadə edərək pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edir, Zali-alinizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan əmin-amanlıq və rifah diləklərimi çatdırıram".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım. Sizin 2020-ci il 5 iyul tarixli məktubunuza görə təşəkkür edirəm.

Mən də öz növbəmdə qardaş Türkiyədə yeni növ koronavirus xəstəliyi səbəbindən həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, virusa yoluxanlara Allahdan şəfa diləyirəm.

Bəşəriyyətin üzləşdiyi koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir.

Bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" şüarı əsasında həmrəylik nümayiş etdirir. Əminəm ki, birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik.

Bu xüsusda qardaş Türkiyə Respublikası tərəfindən göndərilən humanitar yardıma görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Bu, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin növbəti bariz nümunəsidir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq arzulayıram".

5
Əlaqədar
Azərbaycan XİN Türkiyəyə təşəkkür etdi
Ölənlərin sayını 19 nəfərədək saldılar – Türkiyədən son rəqəm
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

İrana zərbələr endirən təyyarələr Azərbaycanın hava məkanından uçub? MN açıqlama yaydı

995
(Yenilənib 12:59 06.07.2020)
Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür - Müdafiə Nazirliyi

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın "Konteyner" RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

"Ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır. Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.

Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

995
London, arxiv şəkli

Fərdi sanksiyalar! Britaniya rusiyalılara səudiyyəlilərə qarşı "müharibəyə" başlayır

0
(Yenilənib 23:01 06.07.2020)
Bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq.

BAKI, 6 iyul — Sputnik. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bazar ertəsi "Maqnitski düzəlişi" çərçivəsində insan hüquqlarının pozulmasına görə barəsində sanksiyalar tətbiq ediləcək Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirin özünə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq. "Financial Times" yazır ki, sanksiya siyahısında "işgəncə icraçılarının, qatillərin və təcavüzkarların" adları olacaq.

Raabın qara siyahısına, Londonun fikrincə, 2009-cu ildə hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin adları da daxil ediləcək. Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək.

Qəzetin yazdığına görə, siyahıda müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsində əli olduğu şübhəli bilinən Səudiyyə Ərəbistanı təbəələrinin də adları olacaq.

0