Əşrəf Qəni

Əfqanıstan Prezidenti: "Dünyada qorxu yaşanır"

52
(Yenilənib 12:26 14.03.2019)
Əşrəf Qani: "Beynəlxalq terrorçuluqla bağlı problemlər yeni həll yollarının axtarılmasını tələb edir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. "Dünyanı formalaşdıran komanda yeni təlatümlər qarşısındadır. Bu gün dünyada bir çox dəyişikliklər baş verməkdədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Əfqanıstan prezidenti Əşrəf Qəni VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, dünyada qeyri-müəyyənlik yaşanır.

"Təşkilatların koordinasiyası, köhnə modellər keçərli deyil, yeniliklər tələb olunur. Yeni funksiya və tapşırıqların öhdəsindən gəlməliyik. Beynəlxalq terrorçuluqla bağlı problemlər yeni həll yollarının axtarılmasını tələb edir. Dünyada müəyyənləşdirilən oyunlar yeni amilləri ortaya çıxarıb ki, bu da təhlükələrə səbəb olur" - Qəni bildirib.

Əfqanıstan rəhbəri qeyd edib ki, hazırda dünyada qorxu və proseslərə laqeyd yanaşma müşahidə olunur: "Buna görə də biz yeni xarici siyasətlərimizi aydın müəyyən etməliyik".

"Eyni zamanda, problemlərin arxasında imkanlar var ki, onlardan istifadə etməliyik. Hazırkı Forum da belə yanaşmanın vacibliyini ortaya qoyur. Təhlükələrə qarşı daha ciddi mübarizə aparmaq mümkündür" - dövlət başçısı vurğulayıb.

52
Teqlər:
terror, Əşrəf Qəni, dünya, Əfqanıstan
Əlaqədar
VII Qlobal Bakı Forumu başlayıb, İlham Əliyev açılışda iştirak edir
Qlobal Bakı Forumunda narahatlıq doğuran bəyanat: "Gərginlik artır, yeni risklər yaranır"