Moldova prezidenti İqor Dodon

Qlobal Bakı Forumunda narahatlıq doğuran bəyanat: "Gərginlik artır, yeni risklər yaranır"

3861
(Yenilənib 11:53 14.03.2019)
Moldova prezidenti: "Bizi seçim qarşısında qoyurlar ki, sizin siyasətiniz qərbyönümlüdür, rusiyayönümlüdür, NATO-ya doğrudur"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. "Sonuncu Forumdan ötən dövr ərzində həm qlobal, həm də regional baxımdan təhdidlər azalmayıb. Aktiv münaqişələrin sayının azalmasına baxmayaraq, qlobal oyunçular arasında gərginlik səngiməyib. Tam əksinə, yeni çağırışlar və yeni risklər artır". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Moldova prezidenti İqor Dodon Bakıda keçirilən VII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Moldova həm Qərblə, həm Şərqlə, həm Avropa İttifaqı, həm də MDB ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Ötən il bu Forumda çıxışım zamanı qeyd etdiyim kimi, Moldova qarşısında "ya, ya" seçiminin qoyulmasına qarşıyam. Bizi seçim qarşısında qoyurlar ki, "Sizin siyasətiniz qərbyönümlüdür, rusiyayönümlüdür, NATO-ya doğrudur" və s. Lakin mən düşünürəm ki, Moldova üçün önəmli olan moldovayönümlü siyasətdir" - Dodon vurğulayıb.

Prezident xatırladıb ki, Moldova SSRİ dağıldıqdan sonra MDB-nin üzvü olub: "2013-2014-cü illərdə biz Avropa İttifaqı ilə ciddi danışıqlar apardıq və Assosasiya Sazişi imzalayaraq vizasız rejim əldə etdik. Ötən il isə biz dünyada ilk dəfə olaraq Avrasiya İqtisadi İttifaqında müşahidəçi status aldıq".

"Bu, Moldovaya nə verir? İqtisadiyyatda həm Avropa İttifaqı ilə, həm də MDB ölkələri ilə azad ticarət qazandırır. Burda pis olan nədir? Vətəndaşlar üçün həm Avropa İttifaqı ölkələrinə, həm MDB ölkələrinə vizasız rejim qazandırır. Burada pis olan nədir?" - dövlət başçısı sual edib.

"Burada təhlükəsizlik məsələsi ilə bağlı sual ortaya çıxır. Biz Qərbdə və ya Şərqdə özümüzü hansısa hərbi ittifaqın üzvü olaraq görürükmü? Milli təhükəsizlik və müdafiə məsələsində biz daim bitərəfliyimizi inkişaf etdirmək və möhkəmləndirmək niyyətindəyik" - İ.Dodon vurğulayıb.

3861
Teqlər:
seçim, siyasət, Şərq, Qərb, prezident, Moldova, forum, qlobal, Bakı
Əlaqədar
Daha bir ölkə başçısı Davos forumundan imtina etdi
Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
VII Qlobal Bakı Forumu başlayıb, İlham Əliyev açılışda iştirak edir