ABŞ bayrağı, arxiv şəkli

Yeni səfir Azərbaycanda kimlərlə görüşəcəyini açıqladı

68
(Yenilənib 18:41 06.03.2019)
"Həyat yoldaşım Merian mənimlə Azərbaycana gələcək və biz sizinlə ünsiyyəti, Azərbaycanın zəngin mədəniyyəti və gözəl təbiəti ilə tanış olmağımızı gözləyirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 mart - Sputnik. "ABŞ-ın Azərbaycandakı yeni səfiri olmağımdan şərəf duyuram. Diplomat kimi xidmət göstərdiyim 34 il ərzində Əfqanıstan, Əlcəzair, Belçika, Bolqarıstan, Fransa, Gürcüstan, Qırğızıstan və Serbiyada çalışmışam. İndi isə mən Azərbaycan gəlməyimdən məmnunam"

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Li Litzenberger bildirib.

O, qeyd edib ki, ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır: "Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir kimi çalışaraq ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacağam. Bizim ölkələrimizin insanları arasında olan əlaqələr güclüdür. Mən müxtəlif insanlarla görüşərək onların fikirlərini dinləmək niyyətindəyəm. Həyat yoldaşım Merian mənimlə Azərbaycana gələcək və biz sizinlə ünsiyyəti, Azərbaycanın zəngin mədəniyyəti və gözəl təbiəti ilə tanış olmağımızı gözləyirik".

68