Siyavuş Novruzov

"Ölkədən kənarda oturub insanları silahlı basqına çağırırlar"

40
(Yenilənib 15:26 05.03.2019)
Siyavuş Novruzov: "Dövlət başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyətini də yüngülləşdirmiş olur"

BAKI, 5 mart - Sputnik. "Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir: "Dövlət başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyətini də yüngülləşdirmiş olur".

Millət vəkili bildirib ki, Azərbaycan Prezdentinin hüquqları qanunla qorunur: "Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insan var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxırlar. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib".

"Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab Prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir" - Novruzov vurğulayıb.

40
Teqlər:
Siyavuş Novruzov, vətəndaş, İlham Əliyev, prezident
Əlaqədar
Vətəndaşları narazı salan 14 hakimin səlahiyyətlərinə xitam verilib
Kütləvi narazılıq yaradan problem yüksək tribunaya daşındı: "Ciddi tədbirlər görülməlidir"
"Qeyri-qanuni fəaliyyətlər xəyanət kimi beynəlxalq hüquqi sənədlərdə əks olunub"