SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan prezidenti səfirlərin etimadnaməsini qəbul etdi

Abunə olmaq
Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının səfirləri etimadnamələrini təqdim ediblər

BAKI, 3 mart – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerl, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim ediblər.

Xəbər lenti
0