Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb

Mehriban Əliyeva Salome Zurabişvili ilə görüşüb

58
(Yenilənib 20:39 27.02.2019)
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

BAKI, 27 fevral — Sputnik. Fevralın 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Birinci-vitse prezident Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana səfərindən şad olduğunu deyən Prezident Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

58
Əlaqədar
Gürcüstanın dövlət başçısı Azərbaycana gəlib
Prezident İlham Əliyev Batumiyə dəvət edilib