Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın dövlət başçısı Azərbaycana gəlib

69
(Yenilənib 10:55 27.02.2019)
Salome Zurabişvili Azərbaycana rəsmi səfərdədir

BAKI, 27 fevral — Sputnik. Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

69
Teqlər:
səfər, Salome Zurabişvili, prezident, Gürcüstan
Əlaqədar
Gürcüstanda azərbaycanlıların "yaddaşının silinməsi" prosesi gedir
Erməni fəhlələr qiyam qaldırdı – Gürcüstana gedən dəmir yolu bağlandı
Gürcü, yoxsa... – Saakaşvili etnik mənsubiyyətindən danışdı