Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN: Ermənistan rəsmiləri ucuz bəyanatlarla Azərbaycanı qorxuda bilməz

99
(Yenilənib 03:52 27.02.2019)
Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin

BAKI, 27 fevral - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan müdafiə nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, XİN-in Mətbuat Xidmətinin açıqlamasında deyilir:

"Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil. Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirmişdir.

Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir. Xatırlatmaq istərdik ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum aprel hadisələrinin baş verməsinə gətirmişdir.

Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir".

99
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

Türkiyə səfirliyindən Azərbaycana Laçın təbriki

14
(Yenilənib 11:22 01.12.2020)
Bu barədə məlumat Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Laçının işğaldan azad edilməsi və Azərbaycan torpaqlarına yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Qarabağ Azərbaycandır!", - deyə məlumatda vurğulanır.

14
Teqlər:
təbrik, Türkiyə, Azərbaycandakı səfirliyi, Laçının azad olunması
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

221
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

221
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
ARDNF

ARDNF bu il valyuta satışını 16,6% artırıb

0
(Yenilənib 14:46 01.12.2020)
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən noyabr ayı ərzində valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Sputnik Azərbaycan-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 6665,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 16,6% çoxdur.

0
Teqlər:
vəsait, ABŞ dolları, Azərbaycan Respublikası Dövlət Neft Fondu, valyuta