SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident səfiri geri çağırıb vəzifə verdi

Abunə olmaq
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib

BAKI, 19 fevral — Sputnik. Prezident İlham Əliyev “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” fərmana dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısının imzaladığı fərmana əsasən, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir.

© REPORTBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev
Prezident səfiri geri çağırıb vəzifə verdi - Sputnik Azərbaycan
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev

Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Prezident İlham Əliyev digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyevi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edib.

F.Şəfiyev dövlət başçısının daha bir sərəncamı ilə bundan əvvəl tutduğu Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xəbər lenti
0