SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan sərhədlərin demarkasiyası ilə bağlı Rusiyaya dəvət göndərib

© Sputnik / Murad OrujovRusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bradçikov
Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bradçikov - Sputnik Azərbaycan
Abunə olmaq
İqor Bradçikov: "Ümid edirəm ki, biz yaxın bir zamanda Azərbaycan-Rusiya sərhədində demarkasiya işlərini yekunlaşdıracağıq"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə işçi qrupun növbəti iclası yaz aylarında keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bradçikov deyib.

"Razılaşdırdığımız kimi demarkasiya prosesi plan üzrə gedəcək. Ümid edirəm ki, biz yaxın bir zamanda Azərbaycan-Rusiya sərhədində demarkasiya işlərini yekunlaşdıracağıq" - deyə Bradçikov vurğulayıb.

O, əlavə edib ki, Azərbaycan tərəfi görüşün keçirilməsi ilə bağlı Rusiyaya dəvət göndərib.

Xəbər lenti
0