Xəzərlə bağlı toplantı

Bakıda mühüm toplantı başlayıb, uzun illərin problemi müzakirə olunur

149
(Yenilənib 11:03 19.02.2019)
Xələf Xələfov: "İclasda Xəzərin hüquqi statusuna dair Konvensiyanın ölkələrin qanunvericiliyi çərçivəsində ratifikasiyası prosesinin necə baş verməsi haqqında fikir mübadiləsi aparılacaq"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclas iki gün (19-20 fevral) davam edəcək.

Qeyd edək ki, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya" imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb.

Первое заседание Рабочей группы высокого уровня по вопросам Каспийского моря
© Sputnik / Murad Orujov
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası

Azərbaycan tərəfi 2019-cu il fevralın 19-20-də Bakı şəhərində adıçəkilən İşçi qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək birinci iclasına ev sahibliyi edir. İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

İclasda Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Первое заседание Рабочей группы высокого уровня по вопросам Каспийского моря
© Sputnik / Murad Orujov
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, Xəzərin hüquqi statuna dair Konvensiyanın imzalanmasından keçən dövr ərzində Xəzər dənizi məsələlərində inkişaf davam edib və bəzi dəyişikliklər baş verib: "Biz bu dəyişikliklər barədə bu günkü iclas zamanı müzakirələr aparacağıq. Xəzəryanı ölkələr arasında yüksək etimad, ölkələrin bir- birilərinin ərazi bütövlüyünə, suverenleyinə hörmət mövcuddur. Xəzər dənizi məsələlərində maraqların qarşılıqlı nəzərə alınması mövcuddur".

O vurğulayıb ki, Xəzər regionunda qarşılıqlı anlaşmanın olması Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanması ilə nəticələnib: "Ölkələr regionda sabitliyi təmin edən sənədi imzalaya bildi. Xəzər hövzəsində olan bu sabitlik bütün dünya üçün nümunə hesab oluna bilər".

Первое заседание Рабочей группы высокого уровня по вопросам Каспийского моря
© Sputnik / Murad Orujov
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası

Xələfov xatırladıb ki, bu, Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclasıdır və bu iclasda, əsasən təşkilati məsələlər müzakirə ediləcək: "Bu iclasda, eyni zamanda Xəzərin hüquqi statusuna dair Konvensiyanın ölkələrin qanunvericiliyi çərçivəsində ratifikasiyası prosesinin necə baş verməsi haqqında fikir mübadiləsi aparılacaq. Həmçinin, ərazi suları, balıqçılıq zonalarının hüdudlarının müəyyənləşdirilməsi ilə bağlı düz çıxış xətlərinin müəyyən olunması metodikasına dair də fikir mübadiləsi aparacağıq".

Qeyd edək ki, iclasda Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bradçikov, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova, İran və Türkmənistandan olan rəsmilər də iştirak edirlər.

149
Teqlər:
Xələf Xələfov, Konvensiya, hüquqi status, Xəzər dənizi, Bakı
Əlaqədar
Moskva Xəzər regionuna dair strategiyasını açıqladı
"Tufan" Xəzərə endirilib
“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq edilib