İsrail və Azərbaycan bayraqları

İsrail səfirinin Azərbaycanı tərk edəcəyi vaxt açıqlandı

5197
(Yenilənib 13:40 05.02.2019)
"Yaxın vaxtlarda İsrail ilə Azərbaycan arasında hər hansı bir səfərin həyata keçirilməsi planlaşdırılmır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 fevral - Sputnik. İsrailin Azərbaycandakı hazırkı fövqəladə və səlahiyyətli səfiri Dan Stav yayadək bu vəzifəsini davam etdirəcək. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Avital Rozenberg deyib.

Avital Rozenberg
Avital Rozenberg

Xanım diplomatın sözlərinə görə, səfirlik işçilərinin və səfirin dəyişdirilməsi prosesi diplomatik fəaliyyətinin başa çatması zamanı müntəzəm olaraq baş tutan dəyişikliklərin bir hissəsidir: "İsrailin Azərbaycandakı hazırkı fövqəladə və səlahiyyətli səfiri Dan Stav yaya qədər bu vəzifəni davam etdirəcək. Böyük ehtimalla, yeni səfir Azərbaycana yay fəslində gələcək. Lakin hazırda Dan Stav Azərbaycandadır və o, Azərbaycanda gerçəkləşdirdiyimiz layihələrə, səfirliyin işinə nəzarət edir".

Rozenberg, eyni zamanda qeyd edib ki, yaxın vaxtlarda İsrail ilə Azərbaycan arasında hər hansı bir səfərin həyata keçirilməsi planlaşdırılmır: "Bildiyiniz qədər ilə İsraildə bu ilin aprel ayında növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda İsraildə seçkiöncəsi kampaniya və seçkilərlə bağlı digər proseslər gedir. Ona görə də, böyük ehtimalla yeni hökumət formalaşana qədər hər iki tərəfdən hər hansı bir səfər gerçəkləşməyəcək".

Xatırladaq ki, ötən ilin noyabrın 16-da İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib. Bu vəzifəyə Corc Dik təyin edilib. O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.

Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb. İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub.

Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb. Daha sonra 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.

5197
Teqlər:
ölkə, səfir, Azərbaycan, İsrail
Əlaqədar
İsrailli təlimçi azərbaycanlı qızlara təlim keçdi – VİDEO
Azərbaycanın İsraillə münasibətləri Türkiyəni narahat edirmi - Səfir açıqladı
Libermanın başı üzərində "qara bulud"lar: İsrail-Azərbaycan münasibətləri necə olacaq?
İsrail kamikadzeləri Azərbaycanda: Gecənin səssizliyində hədəfləri məhv edə bilərlər
Erməni hərbçinin çəkməsi, arxiv şəkli

Ermənistan cəsədləri götürməkdən imtina edir - Hikmət Hacıyev

124
(Yenilənib 22:06 26.10.2020)
Hikmət Hacıyev: Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana təhvil verməyə hazırdır.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana təhvil verməyə hazırdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 18-də Azərbaycanın cəsədləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan hələ də cavab vermir. Cəsədləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır. Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəsədləri götürmək istəmir, çünki mövcud siyasi-hərbi rəhbərlik xalqın reaksiyasından, qəzəbindən qorxur.

124
Əlaqədar
Ermənistan humanitar atəşkəs başlayandan mövqelərimizi raket və dron hücumuna məruz qoyub
Humanitar atəşkəs baha başa gəldi: Yaşayış məntəqələrimizə 200-dən çox mərmi düşüb
ABŞ Dövlət Departamenti Qarabağda humanitar atəşkəs barədə bəyan edib
Hikmət Hacıyev: Ermənistanda uşaqlardan əsgər kimi istifadə humanitar qanunlara ziddir
XİN: Ermənistan humanitar atəşkəsi pozaraq təcavüzkar siyasətini davam etdirir
Ermənistan ordusuna məxsus PUA

Azərbaycan Ermənistanın kəşfiyyat qurğusunu məhv etdi

104
Bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

BAKI, 26 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinə məxsus kəşfiyyat kvadrokopteri məhv edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. 

"Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib", - MN-in məlumatında deyilir. 

104
İşğaldan azad olunan Qubadlı şəhəri

Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntülərini yaydı

75
(Yenilənib 00:22 27.10.2020)
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı şəhərindən çəkilmiş möhtəşəm videogörüntünü ictimaiyyətə təqdim edib.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsünü yayıb.

Qeyd edək ki, Prezidenti İlham Əliyev oktyabrın 25-də "Twitter" hesabında yazdığı tvitdə Qubadlı şəhərinin Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edildiyini bildirib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla Qubadlı şəhərindən çəkilmiş videogörüntünü təqdim edir.

75
Əlaqədar
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntüsü yayıldı
Qubadlının işğaldan azad olunan Xanlıq kəndindən möhtəşəm görüntülər - VİDEO