Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Prezident İlham Əliyev başsağlığı verib

166
(Yenilənib 17:18 30.01.2019)
Dövlət başçısı Toğrul Bağırovun vəfatından kədərləndiyini bildirib

BAKI, 30 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başsağlığı məktubu imzalayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısı Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırovun vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

166