Almaniya kansleri Angela Merkel

Merkeldən tarixi qorxulu etiraf gəldi

224
(Yenilənib 17:36 26.01.2019)
Onun yardımı ilə Almaniya höküməti onların qarşısını almaq üçün hansı tədbirlər görülməli olduğunu müəyyən edə biləəck

BAKI, 27 yanvar — Sputnik. "Antisemitizm və insana nifrət" Almaniya cəmiyyətinin hissəsi olmağa davam edir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri kansler Angela Merkel 27 yanvar Holokost qurbanları günündə öz bloqunda yazıb.

O, qeyd edib ki, bu gün almanlara irqçiliyin, nifrətin və insana nifrətin nə ilə nəticələndiyini xatırlatmaq üçündür və bu heç bir zaman təkrar edilməməlidir.

Nasistlərin zamanında hüquqlarından məhrum edilmiş, işgəncə verilmiş və öldürülmüş milyonlarla insanı xatırlayan Merkel, antisemitizm, irqçilik və nifrətə qarşı qətiyyətlə müqavimət göstərməyə çağırıb.

"Bu gün bu, yenidən böyük əhəmiyyətə malikdir" - deyə əlavə edib.

Merkel həmçinin qeyd edib ki, hazırkı dövrdə antisemitizm almanlar və digər ölkələrdən gəlmiş müsəlmanlar tərəfindən yəhudilərə qarşı olan nifrətin fərqli formada təzahürüdür.

Onun sözlərinə görə, İsrailə qarşı nifrətə dözmək mümkün deyil.

"Nasional sosializm Almaniya tarixinin hissəsidir" deyən Merkel bildirib ki, hökumət daha əvvəl də ölkədə yəhudilərin həyatı ilə əlaqəli və antisemitizmə qarşı mübarizə üçün ombudsman təyin edib. Ekstremizmə qarşı mübarizə və vətəndaş cəmiyyətinə dəstək məqsədilə bir sıra strategiya və proqramlar hazırlayıb.

Onun sözlərinə görə, gələcəkdə antisemitizm təzahürlərinə dair məlumatların yığılması üçün xüsusi qeydiyyatçı olacaq. Onun yardımı ilə Almaniya höküməti onların qarşısını almaq üçün hansı tədbirlər görülməli olduğunu müəyyən edə biləcək.

224