SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycandan Gürcüstana mesaj: "Sərhədlərin delimitasiyası tezliklə başa çatmalıdır"

© Photo : State Road Transport ServiceЗаседание совместной азербайджано-грузинской комиссии по вопросам международных автомобильных связей, Баку, 9 февраля 2017 года
Заседание совместной азербайджано-грузинской комиссии по вопросам международных автомобильных связей, Баку, 9 февраля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Xələf Xələfov: "Müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı"

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazi­sində dövlət sərhədinin silahlı şəxslər tərəfindən po­zulmasına cəhd olub - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycan-İran sərhədində atışma olub, yaralanan var

Nazir müavini qeyd edib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı: "Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub və bu məsələ ona həvalə olunub".

"Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsinə nail ola bilərik" - nazir müavini bildirib.

Xələfov vurğulayıb ki, bu məsələnin həlli dinamikası artırılmalıdır: "Bu, hər iki dövlət üçün vacib məsələdir. Delimitasiya tezliklə başa çatmalıdır".

Xəbər lenti
0