Bakı şəhəri, arxiv şəkli

Rusiya NATO hərbçiləri yenə Bakını seçdilər Sabah görüşdür

49
(Yenilənib 20:44 11.12.2018)
K.Skaparrotti Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu bildirib

BAKI, 11 dekabr — Sputnik. Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən dekabrın 11-də Bakıda qəbul edilən Körtis Skaparrotti məlumat verib. 

O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib.

K.Skaparrotti Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

49
Teqlər:
general, Bakı, Görüş, Rusiya, NATO
Əlaqədar
Vəlizadə: “Azərbaycan Rusiya və NATO üçün neytral partnyordur”
NATO baş katibindən önəmli Rusiya açıqlaması
NATO və Rusiya arasında seçim: Bakı böyük oyunların qurbanına çevrilmək istəmir
Rusiya NATO qarşısında "qırmızı xətt" çəkdi
Baltik dəniz səmasında Rusiya – NATO qarşıdurması