SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyanın ritorikası Bakı üçün əlavə manevr imkanlar yaradır

Abunə olmaq
Paşinyanın Rusiyada keçirilən sammitdə "arzuolunmaz qonaq" olacağını təxmin etmək elə də çətin deyildi

BAKI, 8 dekabr — Sputnik. Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə edib.

Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Paşinyan Rusiyada baş tutan söhbətin detallarını açıqladı

İlham Əliyev sammit çərçivəsində keçirtdiyi görüşlərdə ilk növbədə hərbi əməkdaşlıq, Qarabağ münaqişəsində tərəflərin rolu, tranzit məsələləri, təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi, terrora qarşı mübarizə və təhlükəsizlik məsələlərini müzakirə edib. Yaxın Şərqdəki məsələlər də müzakirə predmeti olub. Adıçəkilən görüşlərdə Ermənistandakı hazırkı vəziyyətin də müzakirə olunduğu bildirilir. Qeyd edək ki, Paşinyan artıq Rusiya prezidenti ilə dəfələrlə görüşüb. Bu isə o anlama gəlir ki, regiondakı vəziyyət çox dinamikdir. Hadisələr sürətlə inkişaf edir, ona görə də belə sıx görüşlərə və məsləhətləşmələrə ehtiyac yaranır.

RF prezidenti ilə Azərbaycan dövlət başçısının hər görüşü önəmli olsa da, belə danışıqlardan tam ciddi dəyişiklik gözləmək sadəlövhlük olardı. Azərbaycanı daha çox Qarabağ problemi narahat edir. Bu baxımdan, sammit çərçivəsində baş tutam görüşlərdə Qarabağ məsələsində mövqelərin yaxınlaşması istisna edilmir, lakin bu görüşlərdən tam mənada müsbət nəticələrə ümid bəsləməyə də ehtiyac yoxdur.

Hazırda Rusiya və Ermənistan arasında gərginlik yaşanır. 2016-cı ilin aprelində Rusiya tərəflərə hərbi əməliyyatlara son qoymaq çağırışı ilə kifayətlənib, Rusiyanın Ermənistana birtərəfli dəstək addımları müşahidə olunmayıb. Moskva müdaxilə etmək və Qarabağ münaqişəsinin kəskin fazası yaranarsa, bu və ya digər tərəfin yanında durmaq niyyətində olmadığını göstərib. Digər tərəfdən, aydındır ki, Ermənistan Azərbaycanı öz ərazisində hərbi əməliyyatlara təhrik etsə, erməni tərəfin müttəfiqlərini fəal şəkildə köməyə çağıracağı istisna deyil. Lakin artıq İrəvan müttəfiqsiz qalıb.

Sank-Peterburq sammitinə Paşinyan da qatılıb. Nikol Paşinyanın Rusiyaya səfərindən əvvəl Moskvanı narazı salacaq bir sıra olaylar yaşanıb. Belə ki, noyabrın 29-da İrəvanda solçular Ermənistanın sovetləşməsinin 98 illiyini qeyd etmək istəyib. Onlar Respublika meydanı yaxınlığındakı heykəllərin önünə gül qoymaq istəyiblər. Bu zaman Paşinyan tərəfdarları onlara mane olub. Eyni gündə Ermənistanın Avropaya inteqrasiyası tərəfdarları 102 saylı Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbi ilə əllərində şüar yürüş keçiriblər. Plakatda "Ermənistan azad deyil, işğal olunub!" şüarı yazılıb. Bu da kommunistlərin qəzəbinə səbəb olub. Nəticədə qarşıdurma yaranıb və toqquşan tərəfləri ayırmaq üçün əlavə polis qüvvəsi çağırılıb.

Nikol Paşinyan və tərəfdarlarının Rusiyaya qarşı demarşı İrəvanda birmənalı qarşılanmır. Digər tərəfdən, Paşinyan bir qədər öncə bəyan edib ki, "Avrasiya İqtisadi İttifaqına inteqrasiya Ermənistanın suverenliyinə mane olur. Burdan çıxdıqdan sonra dərhal Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sazişin imzalanmasına nail olmaq, suverenliyimizi bərpa etmək lazımdır". O əlavə edib ki, Aİİ üzvlüyü ölkə iqtisadiyyatını və təhlükəsizliyini iflas həddinə çatdırıb. Bütün bu bəyanat və davranışlardan sonra Paşinyanın Rusiyada keçirilən sammitdə "arzuolunmaz qonaq" olacağını təxmin etmək elə də çətin deyildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyevlə Nikol Paşinyan arasında mühüm müzakirə: Girovlar vətənə qaytarılmalıdır

Ümumilikdə bölgədə vəziyyət ürəkaçan deyil. Rusiya NATO koalisiyasının hava qüvvələrinin Kremlin dəfələrlə müttəfiqi elan etdiyi Suriyada hədəfləri bombaladığını səssizcə müşahidə edir. Bu faktlar RF-nin Azərbaycana qarşı müharibədə Ermənistanın tərəfində hərbi iştirakı mümkünlüyü versiyasını heçə endirir. Ermənistan baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan Qərbə doğru addımlayır və belə olan təqdirdə Bakı üçün manevr etməyə əlavə imkanlar yaranır.

Ona da diqqət yetirmək lazım gəlir ki, son zamanlar Azərbaycan-Rusiya əlaqələri intensiv şəkil alıb. Bu əlaqələrin əsas istiqamətləri bəllidir. Əsas intensivlik isə iqtisadi və tranzit sahələrdə özünü göstərir. İstisna edilmir ki, İlham Əliyevin Sank-Peterburq səfərində əsasən, iqtisadi və tranzit məsələləri müzakirə olunub, lakin Qarabağ probleminə önəmli yer ayrılıb.

Azərbaycan prezidentinin Rusiyaya hazırkı səfəri iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirməsi və önəm verməsinin göstəricisidir. Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra baş verənlərin fonunda Qarabağ məsələsində Rusiya-Azərbaycan mövqelərinin yaxınlaşması istisna edilmir. Lakin Bakı işğal olunmuş ərazilərini azad etmək istəyir və bu baxımdan, Azərbaycan real addımların atılmasını gözləyir...

Xəbər lenti
0