Второй президент Республики Армения Роберт Кочарян

Koçaryan Azərbaycanda həbs edilməli idi YAP funksioneri

5213
(Yenilənib 15:54 08.12.2018)
“Cəzası isə Qarabağda dar ağacından asılmaq olmalı idi”

BAKI, 8 dekabr — Sputnik. “Koçaryan Azərbaycanda həbs edilməli, Azərbaycan məhkəməsi qarşısında vətənə xəyanətə, Xocalı faciəsinə, torpaqlarımızın işğalına görə qanun qarşısında cavab verməli idi”.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycanın hakim partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə öz "Facebook" səhifəsində paylaşıb.

Millət vəkili Aydın Mirzəzadə
Millət vəkili Aydın Mirzəzadə

"Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbs edildi. Əslində o Azərbaycanda həbs edilməli, Azərbaycan məhkəməsi qarşısında vətənə xəyanətə, Xocalı faciəsinə, torpaqlarımızın işğalına görə qanun qarşısında cavab verməli idi.

Cəzası isə Qarabağda dar ağacından asılmaq olmalı idi!

Ancaq bununla belə, digər işə görə olsa da bu cəllad artıq həbsdədir. Ədalətin öz qaydaları var, cəza gec də olsa cinayətkarı tapır, onun yerini göstərir" - deyə Mirzəzadə yazıb.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən gün yenidən həbs olunub.

5213
Əlaqədar
Paşinyan tərəfdarlarının əks-hücumu: Koçaryan barədə sensasion faktlar açıqlandı
Robert Koçaryan iddialı danışdı
“Paşinyan mənə nifrət edir” – Koçaryan amerikalılara danışdı
Koçaryan özü-özünü neytrallaşdırıb – Paşinyan