Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb

Məmmədyarov Harlem Dezirlə görüşüb

14
(Yenilənib 13:20 07.12.2018)
Ölkə əhalisinin 80%-nin internet istifadəçisi olduğu vurğulanıb

BAKI, 7 dekabr — Sputnik. Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb.

XİN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, görüş zamanı ATƏT-in ifadə və media azadlığı üzrə öhdəlikləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər əsas danışıq mövzusu olub. ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi ilə ölkəmiz arasında mövcud əməkdaşlıq münasibətlərinin perspektivləri üzrə fikir mübadiləsi aparılıb və bu istiqamətdə atıla biləcək mümkün addımlar müzakirə olunub.

Tərəflər arasında, həmçinin yeni texnologiya vasitələrinin media və ifadə azadlığı üzrə inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda media və ifadə azadlığı üzrə inkişafa toxunan nazir Elmar Məmmədyarov ölkə əhalisinin 80%-nin internet istifadəçisi olduğunu vurğulayıb.

14
Teqlər:
Harlem Dezirin, Milan, görüş, Elmar Məmmədyarov, xarici işlər naziri
Əlaqədar
Milli Məslisdə ağır ittiham: "Elmar Məmmədyarov istefa verməlidir"
Elmar Məmmədyarov Cenevrəyə gedib
Elmar Məmmədyarov Belarusa gedib
Elmar Məmmədyarov Çində işgüzar səfərdədir
Elmar Məmmədyarov ABŞ-a gedib
Elmar Məmmədyarov qapalı görüşdən danışdı: "Con Boltondan xahiş etdim ki..."