Avropa Şurasının qərargahı

Avropa Şurasında Azərbaycanla bağlı bir ilk baş verib

106
(Yenilənib 12:32 06.12.2018)
AŞ tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib

BAKI, 6 dekabr — Sputnik. Dekabrın 4-də Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ali idarəetmə orqanı olan Bürosu, o cümlədən prezident vəzifəsinə seçkilər keçirilib. Sputnik Azərbaycan-nın məlumatına görə, bu barədə "Report" Avropa Şurasına istinadən xəbər verir.

Bu seçkilər Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb. Avropa Şurasının Katibliyinin nümayəndələri tərəfindən monitorinq olunan bu seçki prosesi tam şəffaflıq və demokratik şəraitdə həyata keçirilib.

Avropa Şurasının rəsmi saytındakı məlumatlara görə, yarandığı gündən bu qurumun rəhbərləri adətən Qərbi Avropa ölkələri (Almaniya, İtaliya, İngiltərə, Avstriya) nümayəndələri olublar.

Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisi hakim Ramin Qurbanov Avropa Şurasının ədliyyə və insan hüquqları sahəsində ən mötəbər qurumunun yüksək vəzifəsinə seçilib.

Plenar iclasda, həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının vitse-prezidenti və Bürosunun iki üzvü vəzifələrinə Fransadan xanım Laetitia Brunin və Maltadan Françesko Depaskuel seçiliblər.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutu sahəsində Avropa Şurasının ixtisaslaşan qurumu kimi yaradılıb və Avropa Şurasının mötəbər qurumlarından olaraq Avropa dövlətlərinə ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, habelə bu sistemlərin Avropa Şurasının norma və standartları səviyyəsinə gətirilməsi sahəsində kömək edir.

Belə yüksək vəzifəyə Azərbaycan nümayəndəsi hakim Ramin Qurbanovun seçilməsi tarixi bir hadisə olaraq bu kimi rəhbər yerlərdə yalnız Qərbi Avropa ölkələri nümayəndələrinin seçilə biləcəkləri barədə mövcud ənənəvi yanaşmaları tamamilə dəyişdi. Burada dövlət başçısının uğurlu xarici siyasəti və ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, habelə Azərbaycan nümayəndəsinin peşəkar hazırlığı, onüçillik fədakar fəaliyyəti zamanı Avropa Şurasının belə bir qurumunun işinə verdiyi töhfələri əhəmiyyətli rol oynadı.

Rus, ingilis, alman və fransız dillərində danışan R.Qurbanov öz ölkəsini beynəlxalq arenada layiqincə təmsil edə bildi və Azərbaycanla Avropa Şurası arasında olan qarşılıqlı münasibətlərə öz tarixi töhfəsini verməyə müvəffəq oldu.

R.Qurbanov Bakı və Moskva şəhərlərində hüquq üzrə ali təhsil müəssisələrini fərqlənmə diplomları ilə bitirib, elmlər namizədi və elmlər doktoru dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edib, habelə ABŞ-ın nüfuzlu elmi-tədqiqat mərkəzlərində hüququn müxtəlif sahələrinə dair elmi araşdırmalarını aparıb. R.Qurbanovun fəaliyyəti 1997-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx bağlıdır və o, Avropa Şurasının fransız və isveçrəli alimləri ilə birgə hazırlanmış bir sıra elmi nəşrlərinin həmmüəllifidir.

1996-cı ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə işlədikdən sonra o, 2013-cü ildə cinayət sahəsi üzrə hakim vəzifəsinə təyin olunmuşdur. R.Qurbanov Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" və "Elektron icra" sistemlərinin yaradılması və tətbiqi üzrə İşçi Qrupunun rəhbəri kimi fəaliyyət göstərərək Azərbaycanın məhkəmə sistemi üçün çox dəyərli işlər görməkdədir.

Ramin Qurbanovun ölkəsini beynəlxalq aləmdə layiqincə təmsil etməsi və prezident vəzifəsinə seçilməsi kimi yüksək tarixi nailiyyətə imza atması təsadüfi hadisə deyil. O, Azərbaycanın görkəmli dilçi alimi, hazırkı Azərbaycan Əlifbasının müəllifi, Azərbaycan dilçiliyində Onomastika Elmi Məktəbinin banisi, ümumi və Azərbaycan diliçiyi sahəsində fundamental əsərlərin yaradıcısı, əməkdar elm xadimi, dövlət mükafatı laureatı akademik Afad Qurbanovun oğludur.

106
Teqlər:
prezident, Azərbaycan, Avropa Şurası
Əlaqədar
Rusiya Avropa Şurasına üzvlük haqqı ödəməkdən imtina etdi
Avropa Şurasından Yerevana kritik zəng
Azərbaycan Avropa Şurasından çıxacaq?
Avropa Şurasından gözlənilən "Kataloniya" açıqlaması

Ceyhun Bayramov Yerevanın sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciətinə cavab verdi

93
(Yenilənib 18:25 15.05.2021)
Sərhəddəki son gərginliklə bağlı AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəfin sərhədçiləri ilə danışıqların aparıldığı bildirilib.

BAKI, 15 may - Sputnik. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı baş tutub.

Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı həmkarına məlumat verərək, Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd edib.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri ilə bağlı, bundan öncə də bəzi narazılıqların olduğu, lakin onların üçtərəfli bəyanatı imzalayan tərəflərin iştirakı ilə danışıqlar yolu ilə həll edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Sərhəddəki son gərginliklə bağlı AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəfin sərhədçiləri ilə danışıqların aparıldığı bildirilib.

Nazir Ceyhun Bayramov Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin heç bir əsasının olmadığını və bunun Ermənistan rəhbər dairələri tərəfindən məsələnin siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını KTMT-ya hazırda sədrlik edən Tacikistanın xarici işlər nazirinin diqqətinə çatdırıb.

Nazir Ceyhun Bayramov bu kimi gərginliklərin siyasi və danışıqlar yolu ilə həll ediıməli olduğunu vurğulayıb.

93

İlham Əliyev: Siz o kilsələrə gedəcəksiniz

14
(Yenilənib 17:33 15.05.2021)
Azərbaycan Prezidenti: "Biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir".

BAKI, 15 may - Sputnik. “Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olarkən deyib.

Dövlət başçısı bildirib ki, Laçındakı Ağoğlan kilsəsinə səfərlər bundan sonra da davam edəcək.

“Çünki bu, böyük bir tarixi irsdir, bizim mirasımızdır. Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfər ediblər. Onlar Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə, Müqəddəs Məryəm Ana Alban kilsəsində və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kilsədə şam yandırıblar.

Həmçinin oxuyun:

İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva kilsədə şam yandırdılar

Prezident və ailə üzvləri Qəbələdə: Nicdəki Alban kilsəsini də ziyarət ediblər

14

İsraillilər dua edərkən tribuna çökdü - VİDEO

0
(Yenilənib 23:05 16.05.2021)
İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb. Hadisə yerindən video sosial şəbəkələrdə yayılıb.

KİV-in məlumatına görə, hadisə zamanı yaralananların sayı artıq 160 nəfəri ötüb. İki nəfərin həlak olduğu deyilir. Daha altı nəfərin vəziyyəti ağırdır. 

Hüquq mühafizə orqanları dini ayin keçirilən zaman bütün təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını araşdırır.

0
Teqlər:
yaralılar, çökmə, tribuna, sinaqoq, İsrail