Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşü. Brüssel, 11 iyul 2018-ci il

Məmmədyarov: “Üç saata yaxın mühüm faydalı danışıqlar oldu”

49
(Yenilənib 09:19 06.12.2018)
"Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb"

BAKI, 6 dekabr - Sputnik. Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu 5 dekabr tarixində Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə baş tutmuş görüşün yekununda XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir görüşün 3 saata yaxın davam etdiyini bildirib:

"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb".

49
Teqlər:
ATƏT-in Minsk Qrupu, Görüş, Zöhrab Mnatsakanyan, Etibar Məmmədyarov
Əlaqədar
Lavrov və Mnatsakanyan Dağlıq Qarabağı müzakirə edəcəklər
"Tezliklə azərbaycanlı nazirlə görüşəcəm" – Mnatsakanyan
Məmmədyarov həmsədrlərlə görüşür