Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə qəbul

BƏƏ Azərbaycana 2,1 milyard pul yatırıb

35
(Yenilənib 21:45 03.12.2018)
"Made in Azerbaijan" brendi ilə məhsullarımızın təşviqi məqsədi ilə cari ilin 8-11 dekabrda Əbu-Dabi və Sarja şəhərlərində ixrac missiyasını təşkil ediləcək

Eldar Tanrıverdiyev, Sputnik Azərnaycan

BAKI, 3 dekabr — Sputnik. Dekabrın 3-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqilliyin 47-ci il dönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. O deyib ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələr, ölkə başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari, iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən təşrif buyuran turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrin nə dərəcədə möhkəm olmasına dəlalət edir. Səfir ölkələrimiz arasında mövcud olan əlaqələrin genişlənməsinə öz töhfəsini verən BƏƏ-Azərbaycan ticarət məclisinin artıq üç ildir fəaliyyət göstərdiyini qeyd edib.

İqtisadiyyat naziri Şahin Mustafayev isə öz çıxışında ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Bu münasibət qarşılıqlı hörmətə, güclü dostluq və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimizin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir və güclənir: “Bunu şərtləndirən əsas amil kimi ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır. Əməkdaşımızın möhkəm hüquqi bazası var – 40-dan çox sənəd və sazişlər imzalanıb. "Made in Azerbaijan" brendi ilə məhsullarımızın təşviqi məqsədi ilə cari ilin 8-11 dekabrda Əbu-Dabi və Sarja şəhərlərində ixrac missiyasını təşkil ediləcək”.

Nazir qeyd edib ki, Dubayda Azərbaycan ticarət evinin yaradılması istiqamətində işlər başa çatdırılır. Qarşılıqlı etimad öz növbəsində investisiya əməkdaşlığına müsbət dinamika verib. BƏƏ-nin ölkəmizə yatırdığı 2,1 milyard dollar investisiyanın 1,3 milyardı neft sektoruna, 806 milyonu isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə BƏƏ-ə 330 milyon dollar sərmayə yatırıb. Azərbaycanda 30-a yaxın BƏƏ-nin 30-a yaxın şirkəti fəaliyyət göstərir. İki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir.

35
Teqlər:
səfirlik, qəbul, Müstəqillik Günü, Birləşmiş Ərəb Əmirlikləri