Sənədin imzalanması

Millət vəkilimizə orden verildi

35
(Yenilənib 16:53 03.12.2018)
İclasın ikinci günündə azərbaycanlı deputat Arif Rəhimzadənin moderator olduğu beynəlxalq konfrans keçirilib

BAKI, 3 dekabr — Sputnik. Azərbaycanlı deputatlar Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, MDB PA 48-ci plenar iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Arif Rəhimzadə, Rüfət Quliyev və Milli Məclisin MDB PA-da daimi nümayəndəsi, MDB PA Şurası Baş katibinin müavini Aydın Cəfərov daxil olublar.

İlk növbədə PA Şurasının iclası keçirilib. İclasda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və deputat Arif Rəhimzadə çıxış edib.

Sonra PA daimi komissiyalarının iclasları baş tutub. Bundan sonra PA 48-ci plenar iclası işinə başlayıb. MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının iclasında komissiyanın sədr müavini Rüfət Quliyev çıxış edib. Komissiyanın iclasında təşkilati məsələlərə də baxılıb və Rüfət Quliyev yenidən komissiya sədrinin müavini seçilib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev

İclasın ikinci günündə azərbaycanlı deputat Arif Rəhimzadənin moderator olduğu beynəlxalq konfrans keçirilib.

Sonda MDB PA-da uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Aydın Cəfərov "Drevo drujbı" Qızıl medalı və Rüfət Quliyev "Sodrujestvo" ordeni ilə təltif ediliblər.

35
Teqlər:
təltif, medal, orden, millət vəkili, MDB
Əlaqədar
Azərbaycanda telekanal rəhbəri təltif edildi
Prezident bir qrup şəxsi təltif etdi
Prezident bir qrup şəxsi təltif etdi
Prezident məşhur mədəniyyət xadimini təltif edib

Cəbhəyanı ərazilərdə müxtəlif növ döyüş sursatları aşkarlanıb

3
ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 29 066 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 28 oktyabr - Sputnik. Oktyabrın 27-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 20 (iyirmi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 22 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl kəndi, Taxtakörpü adlanan ərazisi və Hindarx qəsəbəsi, Ağdam rayonunun Ayaq Qərvənd və Əfətli kəndləri, Bərdə rayonunun Alpout, Qarayusifli, Böyük Göyüşlü kəndləri, Cəbrayıl rayonunun Soltanlı kəndi, Füzuli rayonunun 3-cü Zobcuq qəsəbəsi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc, Düyərli, Ələsgərli, Qazyan kəndləri, Narlıq qəsəbəsi və E.Səfərov küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd 57 mm-lik top mərmisi (BM-8), 1 560 ədəd piyada əleyhinə PMN minası, 67 ədəd piyada əleyhinə OZM-72 minası, 33 ədəd tank əleyhinə TM-62M minası, 18 ədəd tank əleyhinə TM-62P2 minası, 34 ədəd MVP partladıcısı, 202 ədəd MVÇ partladıcısı, 76 ədəd detonator və 20 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 29 066 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

3
Əlaqədar
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Cəbhəboyu ərazilərdə top mərmiləri aşkar edildi
Goranboyun dinc həyatına son: “Smerç” raketi partlamasa da, təhlükə olaraq qalır – VİDEO
Cəbhəboyu ərazilərdə raket, top mərmiləri və dronlar zərərsizləşdirildi
Cəbhəyanı bölgələrdə 175 partlamamış sursat, mərmi qalıqları və dronlar zərərsizləşdirilib
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

87
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

87
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı