CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclası başlayıb - Büdcə layihəsi qəbul ediləcək

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisdə büdcə müzakirələri başa çatır

BAKI, 30 noyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 45 məsələ daxildir.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.

Здание Милли Меджлиса - Sputnik Azərbaycan
Milli Məclis işini başa vurdu

"İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.

Milli Məclisin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetasına baxılacaq.

Vergi, İnzibati Xətalar, Cinayət-Prosessual, Mənzil, Seçki məcəllələrində, "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Əmək pensiyaları haqqında" qanunlarda dəyişikliklər ikinci oxunuşda müzakirə ediləcək.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində UNMİSS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi məsələsinə baxılacaq.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dərman vasitələri haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarda, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklərə baxılacaq.

"Aviasiya haqqında", "İnzibati icraat haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

İclasda "Psixoloji yardım haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Xəbər lenti
0