SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Diplomatlar Cənub bölgəsinə səfər ediblər - FOTOLAR

© Sputnik / Rahim MuradovSəfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Astara və Lənkəran şəhərlərinə səfərləri baş tutub
Səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Astara və Lənkəran şəhərlərinə səfərləri baş tutub - Sputnik Azərbaycan
Abunə olmaq
“Səfər çərçivəsində diplomatlar Astarada və Lənkəranda olublar”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən respublikamızda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri 27-28 noyabr tarixində Astara və Lənkəran şəhərlərinə səfər ediblər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dən nümayəndəsi iştirak edib.

Xarici qonaqlar ilk olaraq 27 noyabr tarixində Astara şəhərinə gediblər. Onlar Astara şəhərində Xəzər dənizi sahilində yaradılan “Astara Bulvarı”na baş çəkiblər və burada istirahət üçün yaradılan şəraitlə tanış olublar.

Rusiya Federasiyasının ölkəmizdəki səlahiyyətli səfiri Mixail Boçarnikov Cənub bölgəsində ilk dəfə səfərdə olduğunu bildirdi:  “Buranın təbiəti, adət-ənənələri və insanları ilə tanış olmaq mənim üçün çox maraqlı oldu. Təbii ki, Azərbaycan gözəldir. Lakin Azərbaycanın hər bir rayonunun özünəməxsus adət-ənənələri və mətbəxi var. Astaranın da çox gözəl mətbəxi var”.

© Sputnik / Rahim MuradovSəfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Astara və Lənkəran şəhərlərinə səfərləri baş tutub
Səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Astara və Lənkəran şəhərlərinə səfərləri baş tutub - Sputnik Azərbaycan
1/6
Səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Astara və Lənkəran şəhərlərinə səfərləri baş tutub

2/6

3/6

4/6

5/6

6/6

Daha sonra xarici qonaqlar Astara Çay MMC və rayon ərazisindəki istirahət mərkəzləri ilə tanış olublar.

Bu gün isə diplomatik korpusların nümayəndələri Lənkərana gediblər. Diplomatik nümayəndəliklərin rəhbərləri yenicə istifadəyə verilən Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkəndən sonra H.Əliyev adına xatirə Parkında, Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq Muzeyində eksponatlarla tanış olublar.

Daha sonra qonaqlar “Azərxalça” ASC-nin Lənkəran filialı, Çəltik emalı zavodu, Lənkəran Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitə baxıblar. Yaradılan şəraitdən məmnun qalan qonaqlar rayonun İstisu qəsəbəsində “Yaşıl çay” MMC-nin çay plantasiyalarına da baş çəkiblər. Qonaqlar İstisu və Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə də tanış olublar.

Xarici qonaqların növbəti tanışlıq ünvanı isə Hirkan qəsəbəsində yerləşən sitrus bağları, Hirkan Milli Parkı və Xanbulançay dəryaçası olub.

Xəbər lenti
0