Həbsxana qapısı

Azərbaycanda həbsdə olan erməni hərbçisi Paşinyana müraciət etdi

131
(Yenilənib 22:43 26.11.2018)
Arsen Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib

BAKI, 26 noyabr - Sputnik. Ermənistan hərbçisi Arsen Baqdasaryan ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana müraciət edib.

Армен Багдасарян
© Социальные сети
Армен Багдасарян

Bu barədə Sputnik Azərbaycan-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Письмо Армена Багдасаряна. Страница 1
© Пресс-служба ГДВЗП
Письмо Армена Багдасаряна. Страница 1

Məlumata görə, Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılıb və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi, 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana ünvanladığı əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciəti ictimaiyyətin diqqətinə təqdim edilir.

Письмо Армена Багдасаряна. Страница 2
© Пресс-служба ГДВЗП
Письмо Армена Багдасаряна. Страница 2

Arsen Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.

131
Teqlər:
Nikol Paşinyan, müraciət, erməni hərbçi
Əlaqədar
XİN: Paşinyan erməni xalqını aldatmamalıdır
Torpağımızda erməni əsgəri ölüb
Azərbaycanda erməni diversantın məhkəməsi başlayıb
Moskva azərbaycanlı və erməni girovların dəyişdirilməsini rəsmən dəstəklədi