Hikmət Hacıyev

Prezident Hikmət Hacıyevə vəzifə verdi

247
(Yenilənib 17:29 26.11.2018)
O, sentyabr ayında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini təyin edilmişdi

BAKI, 26 noyabr — Sputnik. Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən bu il sentyabrın ortalarına qədər Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini tuturdu. Sentyabr ayında isə o, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini təyin edilmişdi.

247
Teqlər:
Sərəncam, vəzifə, Hikmət Hacıyev, Prezident İlham Əliyev
Əlaqədar
Hikmət Hacıyev: “Cocuq Mərcanlı tamamilə Azərbaycan ordusunun nəzarətindədir”
Hikmət Hacıyev Paşinyanlara cavab verdi: “Sülhdən danışmaq qeyri-səmimi yanaşmadır”
Hikmət Hacıyev Zaxarovayla danışıqların konstruktiv keçdiyini bildirib