SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev - Lukaşenko görüşündən mühüm gözləntilər var

© AZƏRTACİlham Əliyev və Aleksandr Lukaşenko
İlham Əliyev və Aleksandr Lukaşenko - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi danışıqlar həm təkbətək, həm də geniş tərkibli formatda keçiriləcək

BAKI, 19 noyabr — Sputnik. Bu gün Minskdə Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında görüş baş tutacaq. Sputnik Azərbaycan "Belta.by"-a istinadən xəbər verir ki, danışıqlar Müstəqillik Sarayında baş tutacaq.

Məlumata əsasən, ölkə başçıları Belarus ilə Azərbaycan arasında cari əlaqələri, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Görüşdə, xüsusilə diqqət ticari-iqtisadi və investisiya əməkdaşlığına, o cümlədən birgə layihələrin reallaşdırılmasına yönəldiləcək.

Rəsmi danışıqlar həm təkbətək, həm də geniş tərkibli formatda keçiriləcək.

Prezidentlər, həmçinin nəqliyyat-logistika, səhiyyə, təhsil, informasiya-kommunikasiya texnologiyaları, idman, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklər.

Xəbər lenti
0