Xarici İşlər Nazirliyinin binası

XİN: Fransanın obyektivliyi qərəzsizliyi ciddi sual altındadır

38
(Yenilənib 20:31 15.11.2018)
Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir

BAKI, 15 noyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirib.

XİN-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir.

"Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, o eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir", - açıqlamada qeyd olunub.

Məlumatda vurğulanıb ki, Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır: "Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir".

38
Teqlər:
bəyanat, Səfər, Bako Saakyan, Fransa, XİN
Əlaqədar
XİN: Ermənistan tərəfi diplomatik etikanı pozur
Rusiya XİN İran məsələsində mövqeyini bildirdi
Azərbaycan XİN təyyarə qəzası barədə rəsmi açıqlama verdi
Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirik - Polşa XİN
XİN Norveç səfirliyinin bağlanmasına münasibət bildirdi
Gəncədə vəziyyət, arxiv şəkli

10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu - UNICEF-dən erməni terroru ilə bağlı bəyanat

5
(Yenilənib 11:09 29.10.2020)
"Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir"

BAKI, 29 oktyabr — Sputnik. "10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu, 9 yaşlı Viktoriya, 13 yaşlı Şəhriyar, 13 yaşlı Artur, 14 yaşlı Fərid, 15 yaşlı Fidan, 15 yaşlı Nigar, 16 yaşlı Orxan. Bunlar, Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 yaşlı qızın adları hələlik açıqlanmayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə UNICEF-in Dağlıq Qarabağ və ətrafında gedən bir aylıq döyüşlərə dair yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, 130 mindən çox insan evlərindən didərgin düşüb, 76 məktəb və uşaq bağçasına ziyan dəyib, bir doğum evi topla atəşə tutulub: "Mülki bölgələrə gündəlik endirilən raket hücumlarının psixoloji təsirinə məruz qalan saysız-hesabsız uşaqlar qorxu keçirirlər. Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir. UNICEF uşaqların bundan sonra da həlak olmaması üçün döyüşlərin dərhal və tam dayandırılması üçün bir daha müraciət edir".

5
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası
Yalnız Xədicə sağ qalıb: qızın xalası onun vəziyyəti barədə danışıb
Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."
Gəncədə öldürülən 26 nəfərdən 10-u qadın, 6-sı uşaqdır - Baş Prokurorluq
Bərdədə vəziyyət

Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb

15
(Yenilənib 10:56 29.10.2020)
Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib

BAKI, 29 oktyabr — Sputnik. Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Sputnik Azərbaycan Baş Prokurorluğa istinadən Bərdə terrorunun qurbanlarının siyahısını təqdim edir:

1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı

1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu

1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı

1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu

1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı

1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı

1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu

1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu

1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu

1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu

1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu

1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu

1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu

1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu

1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu

1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu

1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu

1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu

1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu

1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu

1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir).

15
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdənin raket atəşinə tutulmasına görə cinayət işi başlanılıb
Türkiyə XİN-dən sərt bəyanat: "Ermənistan rəhbərliyi ağıl və vicdanını itirib!"
"Ermənistanın qəddar, qeyri-insani cinayət əməllərinə laqeyd qalmayın" - Ombudsman
Bərdə bu gün - Dəhşətin mənzərəsi
Bərdədə nə baş verir: Raket atəşinə məruz qalan yerdən kadrlar