Города мира. Баку

Avropa ölkəsi Azərbaycandakı səfirliyini bağlayır

192
(Yenilənib 12:01 10.11.2018)
Norveçin Azərbaycanla münasibətlərinə ölkənin Ankaradakı səfirliyi cavabdeh olacaq

BAKI, 10 noyabr — Sputnik. Norveç Bakıdakı səfirliyini bağlamaq qərarına gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, Norveç Gürcüstanda səfirlik açmaq niyyətindədir.

Norveçin Azərbaycanla münasibətlərinə ölkənin Ankaradakı səfirliyi cavabdeh olacaq.

Eyni zamanda bildirilir ki, Krallıq Bakıda fəxri baş konsulluq açmaq niyyətindədir.

Norveçin Cənubi Qafqazdakı diplomatik təmsilçiliyindəki dəyişikliklər 2019-cu ildə reallaşacaq.

192
Teqlər:
Xarici İşlər Nazirliyi, səfirlik, Azərbaycan, Norveç
Əlaqədar
Səfirlik azərbaycanlı tərcüməçinin vəziyyəti ilə maraqlanıb
Bakıda səfirlik işçisinin evindən oğurluq olub
Səfirlik məcburi köçkün məktəbinə "Amerika rəfi" hədiyyə edib - FOTOLAR
Səfirlik hərbi əməliyyatlarla bağlı bəyanat yaydı
Xaricdəki səfirlik və konsulluq işçilərinə xoş xəbər