Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla

Məmmədyarov, Çavuşoğlu, Zərif bir araya gələcək

79
(Yenilənib 14:54 29.10.2018)
Hazırda isə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçirilir

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüş keçirəcəklər. Bu barədə Sputnik Azərbaycan Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən xəbər verir.

"Görüş zamanı gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək və regional proseslər ətrafında fikir mübadiləsi aparılacaq" - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hazırda İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçirilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün görüşlərdə iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.

79
Teqlər:
xarici işlər nazirləri, İran, Türkiyə, Azərbaycan
Əlaqədar
Azərbaycan-Türkiyə-İran sərhəd qoşunları komandanlarının görüşü olacaq
"İran bazarı Azərbaycan və Türkiyə üçün yaxşı fürsətdir"
Sadıxov: "Azərbaycan, Türkiyə və İranı birləşdirən ümumi problemlər var"
Vəlizadə: “Azərbaycan, İran və Türkiyə əməkdaşlığında siyasi maraqlar var”