Fransa XİN binası

Fransa XİN-i Sputnik Azərbaycan-a cavab verdi: "Dağlıq Qarabağ Respublikasını" tanımırıq

234
(Yenilənib 19:28 26.10.2018)
Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanımır. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Fransanın mövqeyi aydındır və birmənalıdır: Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanımır. Yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsi məsuliyyəti Fransa hökumətinin üzərinə düşmür və bu sazişlər heç bir hüquqi dəyərə malik deyil" - deyə XİN-in yaydığı məlumatda bildirilir.

XİN-in cavabında qeyd olunur ki, Fransa Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq.

Qeyd edək ki, Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

Azərbaycan tərəfi qanunsuz səfərlə bağlı Fransaya nota verib.

234
Əlaqədar
XİN: Ermənistan Fransanın sülh səyinə zərbə vurur
Azərbaycan XİN-dən sərt Paşinyan bəyanatı
Azərbaycan Fransaya nota verdi
XİN: Fransa şəhərinin meri "qara siyahı"ya salınacaq