İlham Əliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib

İlham Əliyev Vaşinqtona mesajını çatdırıb: "Ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır"

282
(Yenilənib 17:35 24.10.2018)
Prezident İlham Əliyev bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynayır

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynayır.

Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistan tərəfindən işğal edilib və bu işğalın nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın bu işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına əyani bir sübutdur. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı müvafiq qətnamələr qəbul edib.

Bu qətnamələrə məhəl qoymayan Ermənistan isə status-kvonun saxlanılmasına və beləliklə, vəziyyətin dondurulmasına çalışır ki, bu da qəbuledilməzdir. Dövlət başçısı qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır və Azərbaycan ümid edir ki, Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti praktiki nəticələr verəcək.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir və ölkəmiz bu yaxınlarda bu əməliyyatlarda iştirak edən hərbçilərinin sayını 120 nəfərə qədər artırıb ki, bu da Qətiyyətli Dəstək missiyasına töhfəmizin yaxşı göstəricisidir. Azərbaycan, eyni zamanda, bu əməliyyatlara mühüm nəqliyyat və logistik dəstəyi də verir.

Digər sahələrdə əlaqələrə toxunan dövlət başçısı qeyd edib ki, ABŞ-ın bir çox şirkətləri uzun illərdir investor və podratçı qismində Azərbaycanda enerji və qeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərirlər. Energetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq həyata keçirilir ki, bunun da nəticəsində nəhəng qlobal layihələr reallaşır. Bu da öz növbəsində regional inkişafa öz töhfəsini verir. Prezident İlham Əliyev bildirdi ki, bu layihələr sırasında “Cənub Qaz Dəhlizi” layihəsi böyük önəm daşıyır.

40 milyard dollar həcmində və Avropanın ən böyük infrastruktur layihəsi olan bu layihə başa çatmaq üzrədir və bu, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə və regional sabitliyə öz töhfəsini verəcək. Dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Con Boltonun ölkəmizə səfərinə Azərbaycan tərəfinin böyük önəm verdiyini qeyd edərək bu səfərin iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Qəbula görə minnətdarlığını bildirən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana ilk səfərindən məmnunluq hissi keçirdiyini qeyd edib və ölkəmizə bundan sonra da səfər edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayan Con Bolton siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə də əlaqələrin önəminin artdığını bildirib.

Azərbaycanın dünyanın çox strateji hissəsində yerləşdiyini qeyd edən Con Bolton Azərbaycana səfəri zamanı əlaqələrimizin hazırkı vəziyyəti, beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlərlə bağlı məsələləri müzakirə etmək niyyətində olduqlarını deyib. İqtisadi əməkdaşlığa toxunan Con Bolton qeyd edib ki, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq ABŞ hökuməti Azərbaycanla enerji sahəsində, eləcə də başqa istiqamətlərdə, o cümlədən beynəlxalq terrorizm, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmindədir.

Con Bolton Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyd edib ki, ABŞ tərəfi bu məsələnin Azərbaycan tərəfi üçün ən yüksək prioritet təşkil edən məsələ olduğunu yaxşı anlayır və bildirib ki, onun səfərinin əsas məqsədlərindən biri də bu münaqişənin həlli ilə bağlı vəziyyətin Azərbaycan tərəfindən necə dəyərləndirilməsi barədə daha ətraflı məlumat almaqdan ibarətdir.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib, iki ölkə arasında gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminlik ifadə olunub.

282
Teqlər:
Con Bolton, Azərbaycan Respublikası, İlham Əliyev, ABŞ, prezident
Əlaqədar
Tramp şəxsi vəkilini Yerevana göndərir
Trampın müşaviri Azərbaycan paytaxtında məramını açıqladı: İran və Qarabağ
Boltonun Qafqaz səfəri – Hamı İranı hədəf göstərir
Bolton Bakıda Rusiyaya qarşı sanksiyalardan danışdı
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN-dən sərt bəyanat: "Ermənistan rəhbərliyi ağıl vicdanını itirib!"

22
(Yenilənib 18:16 28.10.2020)
"Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb" - Türkiyə XİN

BAKI, 28 oktyabr - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistan ordusunun Bərdə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan Türkiyə XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə dünənki hücumundan sonra Ermənistan ordusunun bu gün yenidən mülki əhalini raket atəşə tutması pislənilib:

"Bugünkü hücum nəticəsində 21 nəfər ölüb, 70-dən çox şəxs yaralanıb. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bütün Azərbaycan xalqının başı sağ olsun. Ermənistanın uşaq, yaşlı, qoca demədən mülki əhaliyə qarşı bu alçaq hücumlarını insanlıqdan kənar hesab edir və ən ağır şəkildə qınayırıq."

Bəyanatda o da bildirilib ki, Ermənistanın mülki insanları terror etmək və öldürmək üçün həyata keçirdiyi bu xain siyasət Xocalı soyqırımının davamıdır və onların xəstə düşüncəsinin təzahürüdür:

"İşğal olunmuş ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir. Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb".

Bəyanatda daha sonra qeyd olunub ki, beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çatıb.

22
Əlaqədar
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Bərdəyə raket atılması nəticəsində ölən və yaralananların sayı artdı
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
İranın Bakıdakı səfirliyinin binası, arxiv şəkli

İranın Azərbaycandakı səfirliyi Bərdəyə edilən hücumu pisləyir

6
(Yenilənib 17:31 28.10.2020)
İranın Azərbaycandakı səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.

BAKI, 28 oktyabr — Sputnik. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumunu, nəticədə bir neçə mülki vətəndaşın həlak olması və yaralanmasını sərt şəkildə pisləyir.

Bu barədə Sputnik Azərbaycan-a İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat şöbəsindən daxil olan məlumatda bildirilir.

İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.

İran səfirliyi bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətdir və dərhal dayandırılmalıdır.

Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb.

6
Teqlər:
Bərdə rayonu, Bərdə, İran İslam Respublikası, İran
Əlaqədar
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb - Baş Prokurorluq
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video
Qərənfil

Lev Tolstoyun qızı erməni vandalizmi haqqında

0
Material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstoyanın xatirələrini əks etdirir

BAKI, 28 oktyabr — Sputnik. Türkiyənin "Alternatiftarih" portalı, Birləşmiş Ərəb Əmirliklərinin məşhur "Saadaonline" portalı, Misirin populyar "Əl-Vəsilə", "Nile Nyus", "Əl-Braq Nyus", "Dmc Nyus", İraqın "İraq Nyus" xəbər portalları Dövlət Tərcümə Mərkəzinin beynəlxalq virtual aləmdə yayılması məqsədilə müxtəlif dillərdə hazırladığı "Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" sənədli materialın yayımına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstayanın xatirələrini əks etdirir.

0