İlham Əliyev İmişli rayonuna səfərə gəlib

Prezident İmişlidə bir sıra obyektlərin açılışında iştirak edib

190
(Yenilənib 14:17 22.10.2018)
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gedib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib.

 

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər.

Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb.

  • İlham Əliyev İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib
    İlham Əliyev İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib
    İlham Əliyev Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib
    © Official website of President of Azerbaijan Republic
  • Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsi
    Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsi
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib
    İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib
    © Official website of President of Azerbaijan Republic
  • İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu
    İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu
    © Official website of President of Azerbaijan Republic
  • “Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
    “Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
    © Official website of President of Azerbaijan Republic
1 / 6
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib

İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı yolunun və Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında da iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Oktyabrın 22-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub.

Oktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb.

İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib
© Official website of President of Azerbaijan Republic

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib və İmişli "ASAN xidmət" mərkəzini işə salıb.

190
Teqlər:
açılış, İmişli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, səfər
Əlaqədar
İlham Əliyev: "Türkiyənin gücü bizim gücümüzdür"
İlham Əliyev bir qrup şəxsi mükafatlandırdı
İlham Əliyev cəzaların icrası barədə mühüm qərar qəbul etdi
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Azərbaycanın altı ölkədəki səfirini geri çağırdı
Azərbaycan və Türkiyə XİN başçıları Ceyhun Bayramov və Mövlud Çavuşoğlunun görüşü

Yeni nazir xarici siyasətin əsas prioritetini açıqladı

24
(Yenilənib 16:59 11.08.2020)
Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

BAKI, 11 avqust — Sputnik. Azərbaycanla Türkiyə arasında münasibətlər ölkəmiz üçün olduqca vacib istiqamət və prioritetdir, biz bunu həmişə qeyd edirik.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ankarada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

"Bu günə kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənəd imzalanıb, 29 əlavə müqaviləyə baxılır və düşünürəm ki, onlar yaxın günlərdə imzalana bilər. Bütün sahələrdə münasibətlər çox dinamik inkişaf edir. 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 33 faiz artıb, 2020-ci ildə çətin şərtlərin olmasına baxmayaraq, ilk beş ayda ticarət dövriyyəsində 20 faiz artım olub. Azərbaycan kapitalı olan 2 minə yaxın şirkət Türkiyədə çalışır. Azərbaycanda isə 4 min Türkiyə şirkəti fəaliyyəti göstərir və bu günə qədər iqtisadiyyatımıza 12,6 milyard ABŞ dolları investisiya qoyublar", - deyə Ceyhun Bayramov qeyd edib.

Azərbaycanın Türkiyə və türk xalqının yanında olduğunu vurğulayıb: "Azərbaycan həmişə Türkiyənin haqq işini dəstəkləyir və türk xalqının yanındadır".

24
Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş

Bakıda Azərbaycan Serbiya nümayəndələri arasında görüş keçirilib

12
(Yenilənib 13:29 11.08.2020)
Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

BAKI, 11 avqust — Sputnik. Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycan Respublikasına səfərə gəlib.

"Report"un xəbərinə görə, səfər zamanı, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul ediblər.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçılarının müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

Görüşdə həmçinin digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Serbiya nümayəndə heyətinin səfəri avqustun 12-də başa çatacaq.

12
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0