Anna Akopyan

Akopyan istəyinə nail oldu, Qarabağa gedən rusiyalıların adı "qara siyahı"ya düşdü

118
(Yenilənib 22:02 15.10.2018)
Onlar Ermənistan baş nazirinin arvadı Anna Akopyanla birgə qanunsuz olaraq Qarabağa keçmişdilər

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycanın işğal olunmuş ərazilərinə — Dağlıq Qarabağa səfər etmiş Rusiyadan olan bir qrup qadının adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzulounmaz şəxslər" siyahısına salınıb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən siyahıda Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesserin adları yer alıb.

Daha əvvəl Azərbaycan XİN Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü "Qadınlar Sülh naminə" təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ilə bağlı bəyanat yayıb və bu təşəbbüsün Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmədiyini vurğulayıb.

118
Teqlər:
Nikol Paşinyan, Anna Akopyan, Rusiya Dövlət Duması, Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağ, Azərbaycanın işğal olunmuş əraziləri