Yerevanda Frankofoniya sammiti, 8 oktyabr 2018-ci il

"Fransa tərəfinin addımları Qafqaz regionunda təhlükəsizliyə cavab vermir"

32
(Yenilənib 22:40 12.10.2018)
"Belə bir həssas dönəmdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın iki şəhərinin merinin belə addımları qəbuledilməzdir"

BAKI, 12 oktyabr — Sputnik. Ermənistan paytaxtı Yerevanda Frankofoniya şəhərciyi hazırlanıb və həmin şəhərcikdə Ermənistan pavilyonunda Dağlıq Qarabağ separatçı rejimi də onun nəzdində fəaliyyət göstərir. Bu addımı Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesində arxadan vurulan çox ciddi zərbə kimi dəyərləndirirəm. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Mili Məclisin plenar iclasında çıxışı zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov bildirib.

"Ermənistan paytaxtı Yerevanda artıq iki gündür ki, Beynəlxalq Frankofoniya təşkilatının sammiti keçirilir. Bu sammitdə çərçivəsində baş verən bir neçə hadisəyə diqqət çəkmək istəyirəm. Bu proseslər nəticə etibarı ilə üzləşdiyimiz Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birbaşa bağlıdır və bir çox hallarda münaqişənin nizamlanmasına buxovlayan gedişlərdir", — deyə Nəsirov vurğulayıb. 

O, bu sammitə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa prezidenti Emmanuel Makronun da iştirak etməsinə xüsusilə diqqət çəkib: "Belə addımlar nəticə etibarı ilə heç bir halda regionda sülhə və təhlükəsizliyə xidmət göstərmir. Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Bu qəbul edilməz haldır".

Nəsirov vurğulayıb ki, Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər naziri tərəfindən yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimat belə qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir: "Bu cür addımlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə Ermənistan baş naziri Nikol Paşinyanın Düşənbə görüşü və bu görüşdə əldə olunan razılaşmalar fonunda baş verir. Belə bir həssas dönəmdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın iki şəhərinin merinin belə addımları qəbuledilməzdir".

32
Əlaqədar
Fransa çempion: Xəzər sahilində DÇ-2018-in final oyununa necə baxırdılar
Fransa - Xorvatiya: Final şəkillərdə
DÇ-2018: Fransa Dünya Çempionu oldu! - FOTOLAR
Fransa XİN-dən Azərbaycanla bağlı absurd iddia və sonra "səhvi" düzəltməyə məcbur oldular