Milli Məclis

Azərbaycan nümayəndə heyəti Türkiyəyə yola düşüb

10
(Yenilənib 13:45 08.10.2018)
Oqtay Əsədov Türkiyədə Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşündə iştirak edəcək

BAKI, 8 oktyabr — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı etdiyi nümayəndə heyətimiz oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirə 40-dan artıq ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar. Nümayəndə heyətimizin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Toplantıda "Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf" mövzusunda müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar Milli Məclisin sədri çıxış edəcək. Burada parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

10
Teqlər:
Türkiyə, nümayəndə heyəti, Oqtay Əsədov, Milli Məclis
Əlaqədar
Oqtay Əsədov: "Ölkəmizdə nümunəvi parlament - Prezident münasibətləri formalaşıb"
Oqtay Əsədov 2018-ci il büdcəsinin istiqamətini açıqladı
Oqtay Əsədov sərt danışdı: "O postlarda oturmaları yolverilməzdir"