Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

İlham Əliyev iki ölkənin rəhbərinə məktub göndərdi

41
(Yenilənib 18:45 02.10.2018)
Prezident hər iki ölkə liderini milli bayram münüsibətilə təbrik edib

BAKI, 2 oktyabr — Sputnik. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-n xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Prezident İlham Əliyev Tacikistana səfərə gedib
© Official website of President of Azerbaijan Republic

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq, eləcə də çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimiz bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah diləyirəm”.

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə də təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

41
Teqlər:
milli bayram, Mun Ce İn, Koreya Respublikası, Frank-Valter Ştaynmayer, Almaniya Federativ Respublikası, Prezident İlham Əliyev
Mühəndis-istehkam bölmələrinin təlimi

Hərbçilərimiz qeyri-adi texnika ilə təlim keçirlər - VİDEO

7
(Yenilənib 17:48 25.09.2020)
Məşğələlərdə əsas məqsəd komandirlərin bölmələri idarəetmə bacarıqlarının praktiki yoxlanılması, onların döyüş, vəziyyəti qiymətləndirmə və yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbuletmə vərdişlərinin daha da təkmilləşdirilməsidir.

BAKI, 25 sentyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2020-cil üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən, həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilən bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Məşğələlərdə əsas məqsəd komandirlərin bölmələri idarəetmə bacarıqlarının praktiki yoxlanılması, onların döyüş, vəziyyəti qiymətləndirmə və yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbuletmə vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Praktiki məşğələlərə cəlb edilən bölmələrin şəxsi heyəti mühəndis qoşunlarında silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarının effektiv istifadəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

© AR Ministry of Defence
Mühəndis-istehkam bölmələrinin təlimi

Məşğələlər zamanı əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarından tətbiq edilməsinə yönəlib. Mühəndis yol bölmələri tərəfindən ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, məftil maneələrin dəf edilməsi və digər tapşırıqlar da praktiki icra edilir.

7
Teqlər:
hərbi texnika, təlim, Silahlı Qüvvələr, ordu, Azərbaycan
Əlaqədar
Azərbaycan ordusunun tank bölmələri döyüş tapşırıqlarını icra edir-VİDEO
Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-döyüş uçuşlarından möhtəşəm görüntülər-VİDEO
Hərbi təyyarələrimiz gecə kəşfiyyatına çıxdılar - VİDEO
Bu, səfərbərlik deyil, adi təlimdir
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Aleksey Navalnı, arxiv şəkli

Tramp Navalnı məsələsinə qoşulmaq istəmir

7
(Yenilənib 16:40 25.09.2020)
Bir qrup amerikalı senator Aleksey Navalnı ilə bağlı insidentə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib. Sputnik radiosunun efirində politoloq Vladimir Mojeqov bu təşəbbüsü şərh edib.

BAKI, 25 sentyabr — Sputnik. ABŞ senatorlarından ibarət qrup Aleksey Navalnı ilə bağlı insidentə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib. Bu barədə respublikaçı senator Marko Rubionun saytında bildirilib.

Sənəd Rusiya rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Onun müəlliflərinin fikrincə, bu rəsmilərin "beynəlxalq hüququn açıq şəkildə pozulmasında", o cümlədən Navalnının "zəhərlənməsində" əli var.

Marko Rubio ilə yanaşı sənədi respublikaçı senator Mitt Romni, həmçinin demokratlardan Kris Kuns, Ben Kardin və Kris Van Hollen təsdiqləyib.

Qanun layihəsinin qəbul edilməsi üçün onu Senat və Nümayəndələr Palatası dəstəkləməli və ABŞ prezidenti imzalamalıdır.

Sputnik radiosunun xəbərinə görə, politoloq Vladimir Mojeqov senatorların bu təşəbbüsünü şərh edib.

"Bu, sırf ictimaiyyətə yönəlib. Nə hesabatı ola bilər? Bu, tamamilə qeyri-real işdir. Bütün bunlar seçkiqabağı isteriyanı qızışdıran ritorikadır. Bundan başqa Navalnı işi daha çox demokratların gündəmidir. Respublikaçılar bütün bunlara həvəssiz yanaşırlar. Mənə elə gəlir ki, bundan sonra da onu dəstəkləməyəcəklər. Hər halda, Tramp bundan ehtiyatlanır və uzaq durur. Dövlət katibi Mayk Pompeo deyib ki, baş vermiş hadisənin bütün faktları məlum olanda reaksiya vermək lazımdır və nə baş verdiyi hələlik o qədər də aydın deyil", – Mojeqov bildirib.

Onun fikrincə, amerikalılar Almaniyadan Navalnı haqqında məlumat ala bilərdilər, lakin onlardan heç bir sorğu daxil olmayıb.

"Bu, sanksiyalar üçün hər hansı bir əsas ola bilərdi, lakin bu günə qədər belə bir sorğu olmayıb. Ona görə də mənə elə gəlir ki, bütün bunlar əhəmiyyətsizdir. Bu, bir növ qaranlıq hekayədir, buna görə Tramp ona qoşulmaq istəmir. Mənə elə gəlir ki, demokratlar bu gündəmi ciddi şəkildə piar edəcəklər, Tramp isə bundan bir qədər kənarda duracaq", – politoloq hesab edir.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb.

Daha sonra Navalnı Almaniyaya aparılıb. Sentyabrın əvvəlində Almaniya hökuməti Navalnının "Noviçok" maddələr qrupundan olan substansiya ilə zəhərləndiyini bəyan edib. Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin cavab almayıb.

7
Əlaqədar
Aleksey Navalnı xəstəxanaya yerləşdirilib
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"
Navalnı tam sağalıb və xəstəxanadan evə buraxılıb
Fransa ordusunun əsgərləri Charlie Hebdo jurnalının ofisinin yaxınlığında, 25.09.2020

Peyğəmbəri təhqir edən jurnalın binası qarşısında insanlara hücum

0
(Yenilənib 19:56 25.09.2020)
"Əl-Qaidə" terror təşkilatı Fransanın satirik "Charlie Hebdo" jurnalını yeni hücumla hədələyir. Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən buraxılması ilə bağlıdır.

BAKI, 25 sentyabr — Sputnik. Parisdə "Charlie Hebdo" satirik jurnalının köhnə redaksiyasının binasının qarşısında insanlara hücum edilib. Sputnik Azərbaycan "BFMTV" telekanalına istinadən xəbər verir ki, üzərində soyuq silah olan şəxs bir neçə nəfəri yaralayıb.

Qeyd olunur ki, hadisə nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. KİV-in məlumatına görə, xəsarət alanlardan ikisi Premières Lignes informasiya agentliyinin (onun redaksiyası Charlie Hebdo-nun əvvəlki binasının kirayəçisidir) əməkdaşlarıdır. 

Hadisə yerindən yayınan şübhəlilərdən biri Bastiliya meydanı, digəri isə "Rişar Lenuar" metro stansiyasının yanında saxlanılıb. Ancaq polis yalnız bir şübhəlinin saxlanıldığı barədə məlumat yayıb. Bildirilir ki, o artıq ifadə verib. Şübhəlinin 18 yaşı var və Pakistan əsillidir. 

Prokurorluq araşdırmalara başlayıb.

Qeyd edək ki, "Əl-Qaidə" terror təşkilatı Fransanın satirik "Charlie Hebdo" jurnalını yeni hücumla hədələyir.

Şirkətin məlumatına görə, terrorçuların təhdidləri İslam peyğəmbəri Məhəmmədin karikaturalarının yenidən dərc olunması ilə bağlıdır. Karikaturaların 2015-ci ildə baş vermiş terror aktında həlak olanların xatirəsinə həsr olunacağı deyilir.

Bundan əvvəl Tehran Fransanın "Charlie Hebdo" qəzetində İslam peyğəmbərinin karikaturalarının təkrar buraxılmasını pisləyib.

2015-ci il yanvarın 7-də Səid və Şərif Kuaşi qardaşları Parisdə "Charlie Hebdo" redaksiyasına hücum ediblər. Onlar 12 nəfəri, o cümlədən 8 jurnalisti və rəssamı öldürüblər.

Terror aktından sonra bir milyondan artıq fransalı "Je suis Charlie" ("Mən Şarliyəm") yazılmış lövhəciklərlə terrora və mətbuatda senzuraya qarşı yürüş ediblər.

0
Teqlər:
karikatura, Məhəmməd peyğəmbər, Pakistan, "Charlie Hebdo", Fransa, terror
Əlaqədar
Terrorçular "Charlie Hebdo"nu yeni hücumla təhdid edirlər
Dəhşətli terror: bu dəfə Avropanın mərkəzində əsgərləri vurdular
Xristian dünyasında güclü anti-islam təbliğatı başlayıb
Məşhur jurnal bu dəfə Rusiya və Ukraynanı təhqir etdi