Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov

Xələf Xələfov çağırış etdi: Ermənistana təzyiqlər artmalıdır

23
(Yenilənib 17:09 26.09.2018)
Ermənistanın yeni rəhbərliyi də sələfləri kimi aqressiv ritorika ilə çıxış edir

BAKI, 26 sentyabr — Sputnik. "Dünya ictimaiyyəti, habelə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistana təzyiqin artırılması vacibdir".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Ermənistanın yeni rəhbərliyi də, sələfləri kimi, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayaraq, işğalçılıq siyasətindən çəkinmədiyini, əksinə daha aqressiv ritorika ilə çıxış edir: "Bu da təəssüf doğurur".

Nazir müavini vurğulayıb ki, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpa olunması və sərhədlərinin toxunulmazlığı əsasında nizama salınması zəruridir.

23
Teqlər:
Xələf Xələfov, təzyiq, Ermənistan, ATƏT-in Minsk qrupu