Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ermənistana qarşı böyük alyans təklif edildi - İƏT-ə müraciət

156
(Yenilənib 10:02 25.09.2018)
Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlətlərinə Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) 884 (1993) saylı qətnamələrində, eləcə də İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlarındakı tələblərə əməl etməyə vadar etmək üçün bu ölkə ilə ikitərəli münasibətlərini aşağı səviyyəyə endirmələrini təklif edib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqə Qrupunun Nyu-Yorkda keçirilən 3-cü iclasında çıxışı zamanı deyib.

"Ermənistanla Azərbaycan arasında münaqişə başlayandan bəri əsrin bir rübündən çox vaxt keçib. Buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələbləri və BMT Baş Assambleyanın qətnamələri, İƏT və digər beynəlxalq təşkilatların qərarları və fərdi dövlətlərin mövqelərinə hörmətsizlik edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirir", — deyə nazir bildirib.

O qeyd edib ki, Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda nəticələrə yönələn danışıqlara aparmaqdan imtina edir, yerdə vəziyyəti gərginləşdirmək üçün davamlı müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır.

Nazir əlavə edib ki, Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.

"Bu yaxınlarda Ermənistanın hərbi diktatorluğu devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilkin gözləntilər bəyan edildiyi kimi onun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət demək olan demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulacağı idi.

Təəssüf ki, yeni rəhərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və öz vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı. 26 sentyabrda Nyu-Yorkda erməni həmkarım ilə görüşüm baş tutacaq", — deyə E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, "Ermənistanda davamlı qeyri-sabit daxili siyasi inkişaf olduğu üçün və bu ölkədə nələrin baş verdiyini kənardan anlamaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirin sonuncu bəyanatları və əməlləri yerdə vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirməyə niyyətlənib. Bu mənfi senarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərində olacaq."

"Biz ümid edirik ki, İƏT üzv ölkələrinin Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyi və onların ölkəmizin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyi işğalçını beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və İƏT qərarlarına uğunlaşdırmaq üçün daha konkret, praktiki və effektiv tədbirlərə çevriləcək. Bununla əlaqədar, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupunu İƏT-in münaqişə üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçiririk. Bu qrup çərçivəsində tərəfimizdən işlənib hazırlanmış praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrası üçün İƏT-ə təqdim olunmalıdır", — deyə XİN başçısı diqqətə çatdırıb.

E.Məmmədyarov bildirib ki, Azərbaycan İƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirlər müəyyən edib. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT Baş Katibi tərəfindən irəli sürüləcək. Biz təklif edirik ki, İƏT Baş katibi:

1.İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın təcavüzünə son qoymaq istiqamətində Azərbaycan Hökumətinin səylərinin dəstəklənməsi ilə bağlı İƏT üzv ölkələrinə beynəlxalq və regional təşkilatlardakı daimi nümayəndələrini təlimatlandırmaq xatırlatmasını əks etdirən Verbal Notanı yaysın.

2.1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün İƏT üzv ölkələri və İƏT Katibliyinin mümkün töhfələri barədə təkliflər işlənib hazırlansın.

3.Ermənistana hər hansı silah-sursat və hərbi təchizat verilməsinin qarşısını almaq, ölkələrin fiziki və hüquqi şəxslərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərinə hər hansı səfərləri və fəaliyyətini qadağan etmək və Azərbaycan ərazilərinin işğalının saxlanılmasına yardım edə biləcək hər hansı yardımın qarşısını almaq məqsədilə İƏT üzv ölkələrinə müraciət etsin.

4.Azərbaycanın işğal edilmiş ərazilərində turizmin təşviqi və bu ərazilərə turist səfərlərinin qeyri-qanuni xarakter daşıması və qanunsuz separatçı rejimin beynəlxalq turizm sərgilərində və digər turizm tədbirlərində təbliğinin qəbuledilməzliyi ilə bağlı ərazilərində fəaliyyət göstərən turizm şirkətləri, səyahət agentlikləri və onların çətir təşkilatlarının mümkün qədər geniş şəkildə məlumatlandırması üçün üzv ölkələrə müraciət etsin.

5.Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) 884 (1993) saylı qətnamələrində, eləcə də İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlarındakı tələblərə əməl etməyə vadar etmək üçün bu ölkə ilə ikitərəli münasibətlərini aşağı səviyyəyə endirmələri üçün üzv ölkələrə müraciət etsin.

6.İƏT üzv ölkələri adından Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə məscidlər və digər müqəddəs yerlərin, tarixi yerlərdə qanunsuz arxeoloji qazıntılar, toponimlərin dəyişdirilməsi və digər saxtakarlıqlar daxil olmaqla Azərbaycanın tarixi abidələrinin vəhşicəsinə dağıdılması aktlarına qarşı etiraz və bu barədə məlumatlılığın artırılması üçün beynəlxlaq kampaniya başlatsın.

7.Xarici İşlər Nazirlərinin növbəti görüşü üçün üzv ölkələr tərəfindən İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi sənəd və qərarların yerinə yetirilməsi üzrə hesabat təqdim etsin.

156
Teqlər:
İslam Əməkdaşlıq Təşkilatı, Dağlıq Qarabağ münaqişəsi, BMT Təhlükəsizlik Şurası, Elmar Məmmədyarov, Azərbaycan, qətnamə, müraciət, işğal
Fransa Senatının binası, arxiv şəkli

Fransada Azərbaycana qarşı növbəti xain addım

127
(Yenilənib 23:40 03.12.2020)
Aşağı palatanın iclasında çıxış edən Fransa XİN rəhbəri Jan İv Le Drian isə Fransanın Dağlıq Qarabağı tanımasının əleyhinə çıxıb.

BAKI, 3 dekabr - Sputnik. Fransanın Milli Şurası (Parlamentin aşağı palatası) ölkə hökumətini Dağlıq Qarabağın "müstəqilliyini" tanımağa çağıran qətnaməni dəstəkləyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, 188 deputat bədnam qətnamənin lehinə, 3-ü əleyhinə səs verib, 16 nəfər bitərəf qalıb.

Milli Şuranın deputatları "sülh prosesini reallaşdırmağın və Qarabağın tanınmağının" vacibliyini qeyd ediblər. 

Aşağı palatanın iclasında çıxış edən Fransa XİN rəhbəri Jan İv Le Drian isə Fransanın Dağlıq Qarabağı tanımasının əleyhinə çıxıb.

"Qətnamə layihəsində izhar olunan məqsədi... yəni Dağlıq Qarabağın tanınmasını dəstəkləmirəm. Çünki bizim erməni dostlarımız bizdən Dağlıq Qarabağın tanınmasını istəmirlər. Və heç onlar özləri də tarix boyu, sərhədlər necə olur-olsun, heç vaxt Dağlıq Qarabağı tanımayıblar", - nazir deyib.

Le Drian qeyd edib ki, Ermənistan tərəfindən səsləndirilən xahişlər noyabrın 9-da atəşkəs barədə razılıqdan sonra Qarabağda sabitlik və təhlükəsizlik, hərbi əməliyyatlar nəticəsində yerdəyişmə etmiş şəxslərin geri qaytarılması ilə bağlıdır.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib. 

Fransa Xarici İşlər Nazirliyi də açıqlama verərək bəyan edib ki, Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

127
Teqlər:
qətnamə, xain, Fransa, Azərbaycan, Qarabağ
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ermənistan hökuməti yeni reallıqla barışmalıdır - Azərbaycan XİN

17
(Yenilənib 22:54 03.12.2020)
Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

BAKI, 3 dekabr - Sputnik. Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir. Ermənistan xarici işlər naziri xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəyə dair şərhində deyilir.

"Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.

Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

Əsir və girovların, meyitlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.

Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir", - deyə XİN-in şərhində vurğulanır.

17
Teqlər:
Ermənistan XİN, cavab, Azərbaycan XİN, Azərbaycan, Qarabağ
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

0
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə