TBMM-nin sədri Binəli Yıldırım Bakıda Aşura ehsanı paylayarkən

Binəli Yıldırım Bakıda ehsan payladı VİDEO

53
(Yenilənib 19:15 21.09.2018)
Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak etmək üçün Azərbaycana səfərə gəlib

BAKI, 21 sentyabr — Sputnik. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycanda, Bakıda Şəhidlər Xiyabanının yaxınlığındakı "Şəhidlər" məscidində cümə namazı qılıb.

Sputnik Azərbaycan "Mynet"ə istinadla xəbər verir ki, Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

TBMM-nin sədri Binəli Yıldırım Bakıda Aşura ehsanı paylayarkən
TBMM-nin sədri Binəli Yıldırım Bakıda Aşura ehsanı paylayarkən

TBMM sədrini Qırğızıstan Məclis sədri Dastanbek Cumabekov və Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə müşayiət edib.

Binəli Yıldırım namazdan sonra əhaliyə ehsan paylayıb. 

O, deyib ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi yeganə yoldur: “Bu məsələdə Türkiyə Azərbaycanın haqlı davasının yanındadır. Bu münasibətlə 100 il əvvəl bu torpaqlar uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət diləyirəm. Burada 1132 şəhidimiz var. Türkiyənin sərhədləri xaricində ən böyük şəhidliyimiz buradadır. Bu məsciddə cümə namazı qılmaq xoşbəxtliyinə nail olduq”. 

Binəli Yıldırım məscidin uzun müddətdir qapalı olduğunu bildirərək, “buranın yenidən ibadətə açılması sevindiricidir” deyib.

53
Teqlər:
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, ehsan, namaz, Şəhidlər Xiyabanı, Bakı
Əlaqədar
Binəli Yıldırım: “Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir”
Binəli Yıldırım Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib
İlham Əliyev TBMM sədri ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik kəsəcəyik!

64
(Yenilənib 22:01 20.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

BAKI, 20 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu, davam edəcək:

"Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən bəri mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik".

64
Əlaqədar
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik
Ərdoğan nazirləri toplayır, Qarabağdakı durum müzakirə olunacaq
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng etdi: Mövzu Qarabağdır

64
(Yenilənib 19:53 20.10.2020)
Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.

BAKI, 20 oktyabr - Sputnik. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. 

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.

Putin fransalı həmkarını hərbi əməliyyatların eskalasiyasının qarşısını almaq və Dağlıq Qarabağ probleminin siyasi diplomatik yolla nizamlanması məqsədi ilə tezliklə danışıqların bərpa edilməsi ilə bağlı atılan addımlar barədə məlumatlandırıb.

Telefon danışığında oktyabrın 10-u və 17-də atəşkəslə bağlı əldə olunan razılığa riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, eləcə də BMT Təhlükəsizlik Şurasının xətti ilə sıx koordinasiyanın davam etdirilməsinə hazırlıq qeyd olunub.

64
Teqlər:
Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Emmanuel Makron
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0