Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım. Arxiv şəkli

Binəli Yıldırım: “Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir”

113
(Yenilənib 16:29 21.09.2018)
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda çıxış edib

BAKI, 21 sentyabr — Sputnik. Biz eyni millətin övladlarıyıq. Azadlığımız, əmin-amanlığımız bir-birinə bağlıdır. Sevincimizi və kədərimizi birgə bölüşürük. Ümidlərimiz, xəyallarımız, ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtələrdə birləşir. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmirik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

Binəli Yıldırım bildirib ki, Azərbaycan və Türkiyə 100 il əvvəl tarix səhnəsindən silinməmək üçün böyük bir mübarizə aparıblar. Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan parlamenti 100 il əvvəl vacib bir vəzifəni icra edib. Bu gün də Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük inkişaf yolu keçib və iqtisadi nailiyyətlər əldə edib. Bakı küçələrində gəzərkən bu inkişafı görmək mümkündür. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb, bölgədə sülh və sabitliyə mühüm töhfə verib. Türkiyə hər zaman Azərbaycanın yanında olub, onun müstəqilliyini dəstəkləyib. Azərbaycan və Türkiyə bölgədə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm layihələri birgə reallaşdırıblar. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi və bu kimi digər təşəbbüslər əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

113
Teqlər:
çıxış, iclas, 100 illik yubiley, parlament, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım
Əlaqədar
Binəli Yıldırım Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Binəli Yıldırım Azərbaycana gəlir
Binəli Yıldırım parlamentin sədri seçildi
Binəli Yıldırım İlham Əliyevi təbrik edib
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

5
(Yenilənib 19:19 15.01.2021)
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

5
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

8
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

8

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0