SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev NATO-nun yüksək çinli nümayəndəsini qəbul edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 20 sentyabr 2018-ci il
Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 20 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirilib

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, xanım Rouz Qotemöller NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev NATO Parlament Assambleyasının sədrini qəbul edib

Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycan Prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfərlərinə toxunulub, dövlətimizin başçısının son səfərinin önəmi qeyd olunub. Bu ilin iyulunda NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyin ifadə olunması yüksək qiymətləndirilib.

Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi dəstək yüksək dəyərləndirilib, Əfqanıstana daşımalar sahəsində Azərbaycanın rolu xüsusi vurğulanıb, ölkəmizin Əfqanıstandakı missiyalara nəqliyyat, logistik dəstəyindən danışılıb və eləcə də Azərbaycanın Əfqanıstan hökumətinə müxtəlif sahələrdə göstərdiyi yardımların əhəmiyyəti qeyd olunub və Azərbaycanın göstərdiyi bütün bu səylərə görə minnətdarlıq ifadə edilib.

Görüşdə, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirilib.

Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.    

Xəbər lenti
0