Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Cəbhədəki gərginliyə görə məsuliyyəti Ermənistan daşıyır XİN

26
(Yenilənib 17:35 20.09.2018)
Rəsmi Bakıdan Ermənistanla bağlı bəyanat

BAKI, 20 sentyabr — Sputnik. “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır: "Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür".

26
Teqlər:
cəbhə, Ermənistan, bəyanat, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyevdən məmurlara sərt mesaj: "Hər bir siqnal araşdırılacaq"

25
(Yenilənib 00:25 05.06.2020)
"Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik"

BAKI, 4 iyun — Sputnik. "Əlbəttə, “ASAN xidmət”in timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik".

Sputnik Azərbaycan-ın məlumatına görə,  bunu Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında, ASAN könüllüləri ilə görüşündə deyib.

"Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq. Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənirlər və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır.

Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb", - Prezident bildirib.

Dövlət başçısı həmçinin ölkə əhalisinin sağlamlığının ən ümdə məsələ olduğuna da diqqət çəkib: "Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir".

25
“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası, arxiv şəkli

Keşikçidağdan xəbər gəldi

19
(Yenilənib 19:21 04.06.2020)
"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb" - DSX

BAKI, 4 iyun — Sputnik. “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nın Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb", - deyə məlumatda qeydə edilir.

19
Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos, arxiv şəkli

Bölgəmizdə yeni müharibə təhlükəsi - Qardaş ölkəni hərblə hədələdilər

3
(Yenilənib 12:12 05.06.2020)
"Hesab edirəm ki, Yunanıstan bu cür davranışın öhdəsindən gəlmək üçün bir tərəfdən öz bütün diplomatik silahlarını istifadə etməli, digər tərəfdən isə Silahlı Qüvvəlinin dayandırıcı qüvvəsinin artmasını təmin etməlidir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos bəyan edib ki, ölkəsi öz suveren haqlarının qorunması üçün hər şeyə, o cümlədən təxribat olacağı təqdirdə Türkiyəyə qarşı hərbi əməliyyatlara da hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu müdafiə naziri Yunanıstanın "Star" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Yunanıstanın müdafiə naziri son vaxtlar Türkiyə tərəfindən təxribatların artdığını da bildirib: "Son vaxtlar Türkiyənin davranışı olduqca aqressivdir. Hesab edirəm ki, Yunanıstan bu cür davranışın öhdəsindən gəlmək üçün bir tərəfdən öz bütün diplomatik silahlarını istifadə etməli, digər tərəfdən isə Silahlı Qüvvəlinin dayandırıcı qüvvəsinin artmasını təmin etməlidir."

Yunanıstanın Baş nazirin müşavirinin dediyi kimi ölkə hərbi münaqişəyə hazırdırmı sualına Panayotopulos cavab verib: "Məhz belə!".

"O, bildirdi ki, biz istənilən vəziyyətə hazırlaşırıq. Təbii ki, istənilən vəziyyətə hərbi əməliyyatlar da daxildir. Biz bunu istəmirik, lakin biz bildirmək istəyirik ki, maksimum şəkildə öz suveren hüquqlarımızı qorumaq üçün mümkün olan hər şeyi edəcəyik".

3