SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

NATO Azərbaycana dəstək nümayiş etdirir

© Sputnik / Rashad KeremogluЗаместитель генерального секретаря Альянса Роуз Геттемюллер
Заместитель генерального секретаря Альянса Роуз Геттемюллер - Sputnik Azərbaycan
Abunə olmaq
Rouz Qottemüller: "Azərbaycanın maraqlarına cavab verən önəmli layihələrin üzərində işləyirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. "NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu NATO baş katibinin müavini Rouz Qottemüller Bakıda jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev NATO Parlament Assambleyasının sədrini qəbul edib

"NATO dünyada bütün münaqişələrin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, həmçinin Azərbaycan və Ermənistan hökumətlərinin səylərini dəstəkləyirik" — deyə Qottemüller bildirib.

NATO baş katibinin müavinin sözlərinə görə, qurum Azərbaycan kimi önəmli tərəfdaşının olmasından məmnundur: "Biz Azərbaycanın maraqlarına cavab verən önəmli layihələr üzərində işləyirik. Müdafiə sahəsində institutlara, hərbi gücün artırılmasına dair layihələrə dəstək göstərməklə Azərbaycanın dünyanın bu bölgəsində aktiv aktor kimi inkişafına öz töhfəmizi vermək istəyirik".

Qottemüller, eyni zamanda NATO-nun terrorizmlə mübarizədə Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirib: "Biz Azərbaycanın öz hərbçilərinin sayını artırmaqla bizim Əfqanıstandakı sülhməramlı missiyamızı aktiv şəkildə dəstəklədiyinə görə çox şadıq. Azərbaycan, həmçinin Əfqanıstana yüklərin daşınmasının şaxələndirilməsində olduqca önəmli rol oynayır. Bununla da Azərbaycan NATO-nun terrorizmlə mübarizədə səylərini aktiv şəkildə dəstəkləyir".

Xəbər lenti
0