ATƏT-in baş katibi Tomas Qreminger

ATƏT-in baş katibi Azərbaycana gəlib

114
(Yenilənib 11:06 12.09.2018)
Qreminger ADA Universitetində mühazirə ilə çıxış edəcək

BAKI, 12 sentyabr — Sputnik. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Baş katibin ölkə rəsmiləri, eləcə də XİN-də görüşləri nəzərdə tutulur. Baş katib Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qreminger həmçinin ADA Universitetində mühazirə ilə çıxış edəcək.

114
Teqlər:
səfər, Azərbaycan, Tomas Qreminger, ATƏT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı